Google Pixel — "Google"un smartfonlar, planşetlər, notbuklar və aksessuarlardan ibarət istehlakçı cihazları xətti. Cihazların dizaynını korporasiyanın özü hazırlaması ilə fərqlənir.[1][2]
Google Pixel | |
İnkişaf etdirici | |
---|---|
Əməliyyat sistemi | Google Chrome, Android |
Rəsmi sayt | pixel.google.com |
Rəsmi bloqu | blog.google/products/pix… |
Heşteqi | teampixel |
WordLift URL | data.thenextweb.com/tnw/… |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ilə kimi ABŞ və Qərbi Avropada smartfon bazarında xəttin payının 2% səviyyəsində olduğu təxmin edilir.[3]
Pixel və Pixel XL seriyanın ilk smartfonlarıdır. HTC tərəfindən yığılmış[4] və 4 oktyabr 2016-cı ildə San-Fransiskoda keçirilən xüsusi təqdimatda təqdim olunmuşdur.[5]
2017-ci ilin oktyabr ayına olan məlumata görə, bu telefonların ABŞ smartfon bazarındakı payı 0,7% təşkil edirdi.[1][6]
"Pixel 2" 2017-ci ilin oktyabrında iki ölçüdə təqdim edilmişdir.[7][8] OLED displeyi var: "Pixel"2-də 5 düymlük 1080x1920 AMOLED və 2 XL-də 6 düymlük 1440x2880 P-OLED mövcuddur. Ekran örtüyü: "Corning Gorilla Glass" 5. "Qualcomm Snapdragon" 835 kristal üzərində sistem mərkəzi prosessor kimi çıxış edir. Telefonların fleş yaddaş tutumu 64 və ya 128 GB, əməli yaddaş 4 GB LPDDR4X-dir. O, "Android 8.0 Oreo" ilə gəlir, daha sonra "Android 11"ə yenilənir. 2017-ci ildə "Pixel" və "Pixel 2"nin birgə tədarükü 3,9 milyon ədəd təşkil etmişdir.[9]
"Pixel Slate" planşeti 2018-ci ilin oktyabrında satışa çıxarılmışdır.[10] Tərkibində 2 USB-C portu var, lakin ənənəvi qulaqlıqları birləşdirmək üçün TRRS konnektoru yoxdur. Planşet "Celeron", Core m3, Core i5 və ya Core i7 diapazonlarından olan "Intel CPU"dan istifadə edir və "Chrome OS" ilə işləyir. 12,3 düym diaqonallı və 3000x2000 təsvir ölçülü displeyə malikdir. Fleş yaddaşın həcmi 32, 64, 128 və ya 256 GB, RAM həcmi 4, 8 və ya 16 GB-dir. İki 8 MP kamera, 48 vatt batareyaya sahibdir.
"Pixel Tablet" 2023-cü ilin iyununda buraxılmışdır.
"Pixel" xəttində birinci notbuk "Chromebook"dur. 11 mart 2015-ci ildə şirkətin bloqunda elan edilmişdir. "Chromebook Pixel" bu xəttdəki ilk cihaz və "Google" tərəfindən hazırlanmış ilk notbukdur. Bu, 21 fevral 2013-cü ildə şirkətin bloqunda elan edilmişdir.
SD/multi-kart oxuyucusu, Mini-DisplayPort, kombinə edilmiş stereo qulaqlıq/mikrofon yuvası və 2 USB portu 2.0 versiyası ilə təchiz edilmişdir. Bəzi cihazlarda həmçinin işıqlandırılmış klaviatura, taçpad, stereo dinamiklər və 2 daxili mikrofon var.
"Pixel" xəttində ikinci notbuk "Cromebook Pixel"dir. 11 mart 2015-ci ildə şirkətin bloqunda elan edilmişdir.
"Pixel" xəttində üçüncü notbuk "Pixelbook"dur. 4 oktyabr 2017-ci ildə təqdim edilmişdir.[7]
"Pixel" xəttində dördüncü notbuk "Pixelbook Go"dur. 15 oktyabr 2019-cu ildə təqdim edilmişdir.[11]