Sundar Piçay

Sundar Piçay (Sandar Piçay, Pichai Sundararajan; 10 iyul 1972[1], Maduray[d], Tamilnad[3]) — Google şirkətinin baş icraçı direktoru.

Sundar Piçay
ing. Sundar Pichai
tam. சுந்தர் பிச்சை
Doğum tarixi 10 iyul 1972(1972-07-10)[1] (51 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşaqları 2[2]
Təhsili
Fəaliyyəti informatik, baş direktor, baş icraçı direktor, beynəlxalq forum iştirakçısı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Sundar Piçai (eng. Sundar Pichai) 12 iyul 1972-ci ildə Hindistanın Çennai (eng. Chennai) Tamil Nadu əyalətinde iki otaqlı bir evdə dünyaya gəldi. Atası elektrik mühəndisi, anası isə stenoqraf idi. Xaragpur`da Hindistan Texnologiya İnstitutun Metallurgiya Mühəndisliyini diplomunu alan Piçai, oxuğuduğu vaxtda dövrünün ən yaxşısı olaraq tanınırdı və Stenford Univesitetinindən magistr üçün burs qazandı. Amma Piçainı ABŞ göndərmək üçün kifayət qədər pulu olmadığından və kredit ala bilməyincə atası Requnatha Piçai, topladıqları pulla Sundarı ABŞ-yə göndərdi. Piçai, Stenford Universitetini bitirə bilmədi, amma Pensilvaniya Univesitetindən MBA dərəcsi aldı. Applied Materials və McKinsey & Company şirkətlərində işlədi.

2004-cü ildə Googleda işləməyə başladı. Sundar Piçai, 2010-da Chrome OS və Chromebook-un təqdimatı etdiyi vaxtda 38 yaşında idi. Diqqət mərkəzinə çevrilən Piçai 2011 -də Twitter tərəfindən kiçik sərvət təklif edildi amma o, Google-da işləməyi üstün tutdu. 11 il Google-da işlədi.

24 oktyabr 2014-cü ildə Piçai Google'in məhsullar üzrə rəhbəri, 10 avqust 2015-ci il tarixindən isə korporasiyanın baş direktoru (CEO) elan edildi və 2 oktyabr 2015-ci ildən yeni Google Alphabet Inc. şirkətlər qrupu holdinqinin formalaşması başa çatdıqdan sonra bu vəzifəni tutdu.

3 dekabr 2019-cu il tarixindən Sundar Piçai Google'dakı vəzifəsini saxlamaq şərtilə Alphabetin baş direktorudur.

Ailəlidir iki uşağı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]