Gurcaani Kvelatsminda Məryəmin ölümü kilsəsi (gürc. გურჯაანის ყველაწმინდა, translit. gurcaanis kvelatsminda) — Gürcüstan Respublikasının şərqini əhatə edən Kaxeti diyarında VIII və ya IX əsrə aid gürcü ortodoks kilsəsi.[1] Kilsə Gurcaani şəhərindən 2 kilometr (1.2 mil) uzaqlıqda yerləşir.
Pravoslav ortodoks | |
Gurcaani Kvelatsminda Məryəmin ölümü kilsəsi | |
---|---|
gürc. გურჯაანის ყველაწმინდა | |
Din | |
İlahi gücü | gürcü ortodoks kilsəsi |
Yerləşməsi | |
Ölkə | Gürcüstan |
Bölgə | Kaxeti |
Şəhər | Gurcaani |
Memarlıq | |
İnşa tarixi | VIII və ya IX əsr |
Dövrü | orta əsrlər |
Üslubu | Gürcüstan |
Bərpası |
1938 (əsas) 2010 (əlavə) |
Vəziyyəti | Fəaliyyət göstərir |
|
|
Saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə orta əsrlərdə – VIII və ya IX əsrdə tikilmişdir. XII əsrdə regiona soxulan Səfəvi qoşunları və dağıstanlı basqınçılar kilsənin tərk edilməsinə və 1822-ci ilə qədər fəaliyyət göstərməməsinə səbəb olmuşdur. 1845-ci ildə Gurcaani kilsəsində işləyən din xadimləri Xirsa monastırına köçür. Beləliklə, kilsə yenidən tərk edilir. 1938-ci ildə Sovet Gürcüstanının səlahiyyətliləri kilsə ərazisini təmizləyir və kilsəni tarixi abidə kimi bərpa edirlər. 2010-cu ildə kilsədə əlavə konservasiya işləri aparılmışdır.
Gurcaani kilsəsi indiki dövrdə Gürcüstan ərazilərində yerləşən yeganə kilsədir ki, iki dənə günbəzi var. Kilsənin böyük bir hissəsi çay daşlarından istifadə edərək tikilmişdir. Kilsənin küncləri və dekorasiyaları kvadratşəkilli pemza daşlarınlardan, sərdabələr və sütunları isə kərpicdən hazırlanmışdır. Kilsə mürəkkəb bir dizayna malikdir. Tikilinin bəzi seqmentləri ikimərtəbəli strukturlar olaraq sıralanmışdır. Kilsənin nefləri iki cüt sütunla bölünür. Hündür, qoşaçatılı dama sahib orta bir nefin at nalı apsidasında sona çatır və üç kvadrat hissəyə bölünür. Ən kənardakı kvadratların hər biri alçaq səkkizbucaqlı günbəzlərin təpəsində sərdabə ilə taclandırılmışdır.[1]