Hörümçək-adam (film, 1978)

Hörümçək-adam (Yaponca: スパイダーマン, Hepburn: Supaidāman), həmçinin Yapon Hörümçək-adam kimi tanınır — Marvel Comics-in məşhur personajı Hörümçək-adama əsaslanan Yaponiya istehsalı film. Film Hörümçək-adam Yaponiya teleserialından bir spin-offdur. İlk dəfə 1978-ci ildə Yaponiyada yayımlanmışdır.[1]

Hörümçək-adam
ing. Spider-Man
Janr döyüş filmi
Rejissor Koiçi Takemoto
Prodüser Susumu Yoşikava
Əsərin müəllifi Saburo Yatsude
Ssenari müəllifi Susumu Takaku
Bəstəkar Miçiaki Vatanabe
İlk baxış tarixi 1978
Müddət 24 dəqiqə
Ölkə Yaponiya Yaponiya
Dil Yaponca
İl 22 iyul 1978
Çəkiliş yeri Toei Co., Ltd.
IMDb ID1841843

Film 10-cu ("Alovlu Cəhənnəmə: İlan qadının göz yaşlarına baxır") və 11-ci ("Professor Bədheybətin Ultra Zəhəri") seriyalarda cərəyan edir.

Dəmir Xaç Ordusu, ağızından torpedalar vurmaq qabiliyyətinə malik olan yarı mexaniki antropomorf qılıncı olan Dəniz-şeytanı adlı canavarının köməyi ilə neft tankerlərinə sabotaj edir. Hörümçək-adam, Dəmir Xaç Ordusunu dayandırmaq üçün interpol agenti Cüzo Mamiyanın köməyindən istifadə edir. Hörümçək-adam Marvellerdən istifadə edərək partladıcı raketlərlə sənaye mərkəzini partladan Dəniz-şeytanını dayandırır. Sonra bədheybətin yaradıcısı bir nəhəng yaradır və Hörümçək-adam Marveller vasitəsilə bədheybətlə mübarizə aparmaq üçün nəhəng mexanikə çevrilir, sonra Hörümçək-adam Dəniz-şeytanını parçalamağ üçün nəhəng qılıncdan istifadə edir.

  • Hörümçək-adam (Takuya Yamaşiro) — Şinci Todo
  • Cüzo Mamiya — Noboru Nakaya

Filmin rejissoru Koiçi Takemoto və ssenaristi Susumu Takakudur. Film Cüzo Mamiyanın ilk çıxışı idi, hansı ki o serialın digər üç seriyasında rol canlandırmışdır.[2] Film serialın epizodları ilə eyni uzunluqdadır, amma geniş ekranda çəkilmişdir.[3]

Filmdəki kaskadyorlar Japon Action Club (JAC) ifaçı akrobatları və xoreoqraflardır.[4]

Filmin premyerası 22 iyul 1978-ci ildə Toei Manga Matsuri film festivalında nümayiş olunmuşdur, həmçinin film amerikalıların yaşamadığı bəzi bölgələrdə göstərilmişdir.[5] Serialın qalan hissəsi kimi, filmin də yayımı 2009-cu ildən Marvelin rəsmi saytında əlçatan olmuşdur. Film bu vebsaytında "0 seriya" kimi siyahıya alınmışdır. Film və seriyalar sonradan saytdan endirilmişdir.

  1. Baseel, Casey (May 15, 2014). Arxivləşdirilib noyabr 4, 2017, at the Wayback Machine "Japan had its very own version of Spider-Man in the '70s, and of course it included a giant robot". RocketNews24.
  2. Summers, Brett (December 23, 2014). "CULT TV ESSENTIALS: SPIDER-MAN (TOEI)". CULT TV. cultfaction.com. Arxivləşdirilib 2021-12-29 at the Wayback Machine
  3. "SUPER SENTAI SPIDER-MAN!". lasertimepodcast.com. June 29, 2012.
  4. McEniry, Matthew J. (2016). Marvel Comics into Film: Essays on Adaptations Since the 1940s. McFarland. pp. 92–94. ISBN 978-0786443048.
  5. Character-Based Film Series Part 3; page 177

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]