Maman (ing.Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm).[3] Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki"ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində LondondakıTeyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır.[3] Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir.[4]
Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.[5] Burjua bu heykəllə anasının gücünə, verdiyi tərbiyəyə, toxuculuğuna, ipəyirmə sənətinə istinad etmişdir.[6] Luizanın anası Cozefina atasının Parisdə yerləşən xalça bərpaçılıq emalatxanasında divar xalçaları bərpa edən qadın idi.[5] Burjua 21 yaşında ikən anası naməlum xəstəlikdən vəfat etmişdir. Anasının ölümündən bir neçə gün sonra Luiza düz atasının qarşısında özünü Bevr çayına atmışdır, lakin atası üzərək onu xilas etmişdir.[7]
Hörümçək mənim anam üçün odadır. O, mənim ən yaxşı dostum idi. Anam hörümçək kimi toxuyurdu. Mənim ailəm xalça bərpaçılığı biznesi ilə məşğul olurdu və mənim anam emalatxananın məsuliyyətini daşıyırdı. Anam hörümçəklər kimi ağıllı idi. Hörümçəklər ağcaqanadların məhv edilməsinə yaxından iştirak edirlər. Biz bilirik ki, ağcaqanadlar xəstəlik daşıyıcısıdırlar və buna görə də arzu edilməyən canlılardır. Buna görə də hörümçəklər mənim anam kimi əhəmiyyətlidirlər.
Heykəlin bəzi versiyaları bəzi yerlərdə daimi sərgilənir.
Teyt Modern, London — bu heykəlin 2008-ci ildə bu muzeyə verilməsi Teyt Modern üçün tarixi an hesab olunur. Heykəl ilk öncə Turbin zalında sərgilənmişdir, daha sonra 2000-ci ildə qalereyanın xaricində nümayiş etdirilmişdir. Hal-hazırda heykəl sərgilənmir.[8] Heykəlin sərgilənməsi əyləncəli və təəccüblə qarşılanmışdır. Teyt Modernin sahib olduğu heykəl öz versiyalarında içərisində paslanmayan poladdan hazırlanmış yeganə nümunədir.[6]
Kanada Milli Qalereyası, Ottava — Kanada Milli Qalereyası 2005-ci ildə heykəli 3,2 milyon dollar qarşılığında satın almışdır. Bu zaman bu qiymət tənqidçilər tərəfindən yüksək hesab olunmuşdur.[9]
Bürkliplatz, Sürix (10 iyun 2011-2 avqust 2011)[14]
Neuve sarayı, Cenevrə (3 avqust 2011-28 avqust 2011)
Beyeler binası, Rien/Bazel (3 sentyabr 2011-8 yanvar 2012)[14]
Hamburq kunsthalı, Hamburq (23 yanvar 2012-17 iyun 2011)
Qətər Milli Konvensiya Mərkəzi, Doha (20 yanvar 2012-1 iyun 2012) — İlk dəfə Luiza Burjuanın əsərlərindən biri Orta Şərqdə sərgilənmişdir. Sərgi Qətər Muzey Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.[16][17]
↑ 12345"Maman". Collections. The National Gallery of Canada. 4 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
↑Manchester, Elizabeth. "Summary". Louise Bourgeois : Maman 1999. Tate, London. December 2009. 3 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.