Hüqo de Vries (nid. Hugo de Vries; 16 fevral 1848[1][2][…], Harlem[d][3][4][…] – 21 may 1935[3][2][…], Lunteren[d][5]) — Hollandiyalı botanik.
Hüqo de Vries | |
---|---|
nid. Hugo de Vries | |
Doğum tarixi | 16 fevral 1848[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 1935[3][2][…] (87 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | botanika |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
16 fevral 1848-ci ildə Harlem də dünyaya gəlib. 1866-cı ildə Leiden Universitetində başladığı təhsilini 1870-ci ildən sonra Almaniyada Heydelberq və Vürzburq Universitetlərində davam etdirdi. 1871-ci ildə Amsterdamdakı bir liseydə təbiət elmlərini tədris etməyi üzərinə götürsə də, araşdırmalarına az zaman qaldığından bu vəzifədən 1875-ci ildə ayrıldı. Sonra Prusya Təsərüfat Nazirliyində iki il çalışmışdır. Bundan Halle Universitetində təhsil vərməyə başladı. Bir neçə ay sonra Amsterdam Universitetinə keçərək həmin il Hollandiyada ilk dəfə bitki fiziologiyası dərslərini verməyə başladı və 1878-ci ildə professor elmi adını aldı. 1896-cı ildə bitki fiziologiyası dərslərini başqa bir həmkarına buraxdı və botanik professoru ünvanı ilə təkamül və genetika mövzularına istiqamətləndi. 1918-ci ildə yaş həddi səbəbi ilə təqaüdə çıxmışdır. 1935-ci il 21 may tarixində Amsterdam yaxınlığında yerləşən Lunteren qəsəbəsində vəfat etdi.[6]