Hüqo (ing. Hugo) — Brayan Selznikin "Hüqo Kabrenin ixtirası" kitabının motivləri əsasında rejissor Martin Skorseze tərəfindən çəkilən macəra filmi. Filmin premyerası 23 noyabr 2011-ci il tarixində baş tutmuşdur.
Hüqo | |
---|---|
Hugo | |
Janr | macəra filmi |
Rejissor | Martin Skorseze |
Prodüserlər |
Martin Skorseze Conni Depp Qrem Kinq Tim Heddinqton |
İcraçı prodüserlər | Emma Tillincer Koskoff[d] |
Ssenari müəllifləri |
Brayan Selznik Con Loqan |
Baş rollarda | |
Operator | Robert Riçardson |
Bəstəkar | Hovard Şor |
İstehsalçılar |
GK Films Infinitum Nihil Paramount Pictures |
Distribütor | Paramount Pictures, UIP-Dunafilm[d][7], Netflix |
İlk baxış tarixi | 10 oktyabr 2011[8], 9 fevral 2012[9], 1 mart 2012[7], 23 noyabr 2011[10], 2 dekabr 2011[10] |
Müddət | 126 dəq. |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2011 |
Rəng | rəngli |
Çəkiliş yeri | London, Paris |
IMDb | ID0970179 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Film ən yaxşı rejissor işinə görə "Qızıl Qlobus" mükafatının sahibi olmuşdur. Bundan başqa, film 11 Oskar mükafatı nominasiyasına namizəd göstərilmişdir: "Ən yaxşı film", "Ən yaxşı rejissor işi" (Martin Skorseze), "Ən yaxşı ssenari" (Brayan Selznik, Con Loqan) və "Ən yaxşı musiqi" (Hovard Şor) və s[11] Film 5 nominasiyada qalib olmuşdur. Bunlar: "Ən yaxşı operator işi", "Ən yaxşı dekorasiya", "Ən yaxşı səs effekti", "Ən yaxşı səs montajı", "Ən yaxşı vizual effektlər" nominasiyalarıdır.
Paris, Monparnas vağzalı, 1931-ci il. Filmin açılış hissəsində 12 yaşlı Hüqo Kabre (Eysa Batterfild) adlı oğlan uşağı yaşlı Jorj Melyesin (Ben Kinqsli) idarə elədiyi oyuncaqlar mağazasını müşühidə eləməsi ilə başlayır. Oğlan mexaniki siçanı oğurlamaq istəyəndə Melyes onu yaxalayır. O, Hüqonun ciblərini yoxlayır və onun əvvəl götürdüyü bütün əşyaları onun cibindən çıxarır. Melyes mağazasındakı əşyaların uşağa nə üçün lazım olduğunu öyrənməyə cəhd edir. Hüqo isə ona öz qeyd kitabçasında avtomatonun rəsmlərini və onun təmirinin qeydlərini göstərir. Qəzəblənmiş Melyes bloknotu götürür və uşağın bunu da ondan oğurlamasından şübhələnərək qışqırır. Qışqırığa stansiya nəzarətçisi Qustav (Saşa Baron Koen) xidmət itilə qaçaraq gəlir, lakin uzunsürən təqibdən sonra Hüqonu tutmaq ona müvəffəq olmur. Həmin gecə Hüqo öz bloknotunu geri almaq üçün Melyesin yanına qayıdır. Melyes bundan imtina edir və uşağı stansiya nəzarətçisinin otağına aparacağı ilə qorxuzur. Hüqo isə öz məqsədindən geri dönmür və Melyesi evinə qədər izləyir. Mənzilin pəncərəsindən baxan İzabelin (Xloya Moreç) diqqətini özünə yönəldən Hüqo qız çölə çıxdıqda Melyesin onun bloknotunu yandırmaması üçün onu izləməsini bildirir. Evə gəldikdən sonra Hüqo avtomatona baxır və keçmişdən hissələri yadına salır.
Filmdə hadisələr bir neçə illər əvvələ qayıdır. Oğlan öz atası ilə yaşayır, anası isə doğuş zamanı vəfat etmişdir. Hüqonun atası (Cud Lou) mehriban və sadiq saatsaz oğluna muzeydən tapdığı və heç kimə lazım olmayan vaxtilə yazmağı bacaran sınmış avtomatonu (mexaniki kukla) göstərir. Uşağın atası işlədiyi muzeydə baş verən yanğın zamanı həlak olur və bununla onun avtomatonu bərpa etmək işi yarımçıq qalır. Hüqonun alkoqolizmdən əziyyət çəkən dayısı Klod Kabre (Rey Vinston) onu öz evində saxlayır. Oğlanın xatirələri bitir. Hüqo ümidini itirməyərək yenidən Melyesin yanına yollanır. O isə bloknotdan qalmış küllə doldurulmuş yaylığı Hüqoya verir. Məyus olan Hüqo qaçmağa başlayır və İzabellə rastlaşır. O isə onun göz yaşlarını silərək onu özü ilə birlikdə mesye Labissin (Kristofer Li) idarə etdiyi kitabxanaya aparır. Orada İzabel bildirir ki, Melyes bloknotu yandırmayıb. Bunu qəsdən edib ki bloknot onda qalsın. Hüqo qocanın yanına qayıdır, lakin o öz dediyində qalır və ona bu yaxınlarda sındırdığı mexaniki siçanı təmir etməyi təklif edir. Hüqo uğurla hissələrə ayrılmış oyuncağı bərpa edir. Qoca isə ona hər gün onun mağazasına gəlməsini və onun tərəfindən veriləcək hər bir işin yerinə yetirilməsini bildirir.
İzabellə söhbət zamanı Hüqo qızın heç vaxt həyatı boyu bədii filmə baxmadığını öyrənir. Onlar kinoteatra gizlincə girirlər və Fred Nyumeyer və Sem Teylorun "Nəhayət təhlükəsizlikdə" adlı səssiz filminə baxırlar. Kinonun kuliminasiya anında onları kinoteatrın işçisi tutur və onları çölə çıxarır. Vağzala getdikləri vaxt İzabel Hüqoya onun valideynlərinin də sağ olmadığını bildirir. Vağzalda onları stansiya nəzarətçisi görür, lakin İzabel Hüqonun kuzeni olmasını bildirərək onu çətinlikdən qurtarır. Hüqo avtomatonun təmiri üçün lazım olan ürək formasındakı açarın İzabeldən yerə düşdüyünü görür. O, İzabeldən bunu istəyir, lakin o bunun nə üçün lazım olduğunu bilməyincə verməyəcəyini söyləyir. Hüqo qızı avtomatonu gizlətdiyi yerə aparır və bu açarın ona robotun tam funksiyalaşdırılması üçün lazım olduğunu izah eləyir. İzabel ona açarı verir, Hüqo açarı həmin deşiyə taxır və avtomaton dirçələrək kağızda anlaşılmayan xətlər və təsadüfi hərflər yazmağa başlayır. Bir neçə dəqiqədən sonra robot öz işini bitirir və uşaqlar avtomatonun Ayın yarısına dəymiş topu görür. Hüqo avtomatonun "Aya səyahət" filmindən bir kadrı təsvir etdiyini başa düşür. Robotun sonuncu ştrizi Jorj Melyesin rəsm üzərindəki imzası idi.
İşin nə yerdə olması ilə maraqlanan uşaqlar Melyesin həyat yoldaşı Jannanın (Helen Makkrori) yanına yollanırlar. Janna rəsmi görən kimi Hüqoya heç bir halda bunu Melyesə göstərməməsini tapşırır. Janna uşaqları başqa otağa aparır, bu zaman Melyes evə gəlir. Hüqo və İzabel qocanın şkafında gizlənirlər, lakin İzabel stuldan yıxılır və səsə Melyes qaçaraq gəlir. O, qutudan düşmüş eskizlərini cırmağa başlayır. O ağlayır və Hüqo isə qarışıqlıqdan istifadə edərək evi tərk edir. Vağzalın girişində o mesye Labisslə toqquşur. O isə Aleksandr Dümanın "Robin Hud sürgündə" kitabını ona bağışlayır. Kinematoqrafiyanın yaranması haqqında çox şeyi bilmək üşün növbəti gün Hüqo və İzabel kinoakademiyanın kitabxanasına yollanırlar. Onlar burada Rene Tabardın (Maykl Stalberq) "Arzuların ixtirası: İlk filmlərin tarixi" kitabını oxuyurlar. Uşaqlar kitabdan Jorj Melyesin vaxtilə kinorejissor olmasını və onun I Dünya müharibəsində həlak olmasını öyrənirlər. Kitab müəllifi uşaqların Melyesin sağ olduğunu bildirmələrinə inanmır və onları rejissorun həyatında olan müxtəlif əşyaların təsvirlərinin yığıldığı xüsusi otağa aparır. Orada Tabard Melyesin filmlərindən qorunub saxlanmış yeganə lenti göstərir.
Gecə Hüqo yata bilmir və onun yuxusuna vahimələr gəlir. Onlardan biri 1895-ci il 22 oktybar tarixində Monparnas vağzalında real baş vermiş qatar qəzası idi.
Səhər Paris polisləri Hüqonun ölmüş dayısını tapırlar. Hüqo, İzabel və Rene Tabard Melyesin evinə yollanırlar, lakin Janna onların getməsini xahiş eləyir. O vaxtilə aktrisa olmasını və ərinin filmlərində çəkildiyini bildirir. Tabard Melyesin "Aya səyahət" filmindən olan lenti göstərir. Nümayiş zamanı rejissor onları görür və öz keçmişi: fokusçu işi, şəxsi avtomatonu, kinematoqrafiya ilə ilk tanışlığı, kinostudiyasının yaradılması və filmlərin çəkilişi haqqında danışmağa başlayır. Melyesin sözlərinə görə, o əsas işini müharibə səbəbindən atmış və insanları artıq kinonun maraqlandırmadığını görmüşdür. Tezliklə Melyes aktyorlara pul ödəyə və studiyanı saxlaya bilmir. Ümidsizliyə qapılaraq o bütün dekorasiyalarını və kostyumunu yandırır, maliyyə vəsaitlərinin çatışmazlığı səbəbindən filmlərinin hamısını satır. Bu pulla o özünə Monparnaz vağzalında balaca kiosk açır və oyuncaq satmaqla dolanmağa başlayır. Melyesin yeganə yandırmadığı əşya — avtomaton idi. Melyes onu yerli muzeyə vermiş, onu isə Hüqonun atası tapmışdır.
Hüqo yenidən vağzalda olanda stansiya nəzarətçisi nəhayət onu tuta bilir və onu qəfəsə salır. Lakin Hüqo ordan da qaça bilir. Onlar arasında uzunsürməyən təqib başlayır. Bundan sonra Hüqo böyük vağzal saatının əqrəbinin üstündə asılı qalır. Qustav oğlanı gözdən itirir və iti ilə birlikdə çıxıb gedir. Hüqo avtomatonu gizlətdiyi yerdən götürür, lakin stansiya nəzarətçisi yenidən onu qəfəsə salmağa cəhd göstərir, lakin uşağa kömək etmək üçün gələn Melyes ona mane olur. Hüqo və İzabel Jorj Melyesə və onun yaradıcılığına həsr olunmuş məclisdə iştirak edirlər. Öz nitqində rejissor Hüqoya minnətdarlığını bildirir və tamaşaçılara öz filmlərinin əksəriyyətini nümayiş etdirir.
Filmin sonuncu səhnəsində İzabelin kadrarzası səsi gəlir. Burada o Hüqo Kabre adlı oğlanla qarşılaşdığına görə taleyinə minnətdar olduğunu bildirir.
Bəstəkar Hovard Şor tərəfindən filmə yazılan musiqi parçası Oskar mükafatına namizəd verilmişdir. Filmdə həmçinin, Kamil Sen-Sansın "Dance macabre" ("Tutqun rəqs") və Erik Satinin Gnossienne No. 1 musiqi parçaları da səslənmişdir.
Jorj Melyesin keçmişi və həyatının əsas xarakteristikaları filmdə dəqiqliklə öz əksini tapmışdır. O filmlə Lümyer qardaşlarının film nümayiş etdirməsindən sonra maraqlanmışdır[12] O, sehrbaz, oyuncaq düzəldən olmuş, avtomat kuklalarla eksperimentlər etmiş, teatra rəhbərlik etmiş (Roberd Hudin teatrı), sonradan müflisləşmiş, onun kinolentləri sellüolozadan olduğu üçün məhv olmağa başlamışdır. Nəticədə o, Monparnas vağzalında oyuncaq satıcısı kimi çalışmağa başlamış, sonradan Fəxri medalla təltif olunmuşdur. "Aya səyahət" (1902) kimi əksər erkən səssiz filmlər Melyesə məxsus olmuşdur. Filmdə Melyesin iki uşağının, Qaston adlı qardaşının (Melyeslə birlikdə bütün filmlərinin çəkilişində iştirak etmişdir), Ejen adlı ilk xanımının (Evlilikləri boyu Ejen də onun filmlərində çəkilmiş, 1913-cü ildə isə dünyasını dəyişmişdir). Filmdə yalnız Melyesin Janna d'Alsi ilə kinoistehsalı dövrü nümayiş olunmuşdur. Həmin vaxtda isə onlar həqiqətən də 1925-ci ilə qədər evlənməmişdilər.
Filmdə istifadə olunan avtomatonun prototipi filmin ssenari müəllifi Brayan Selznikin Filadelfiya ştatında yerləşən Franklin Universitetində çalışan isveçrəli saatsaz Anri Mayard tərəfindən yaradılan Jak Dro adlı avtomaton olmuşdur[13]
Filmin süjeti üzrə | Real hadisələr |
---|---|
Lümyer qardaşlarından kamera-proektor ala bilməyən Jorj Melyes onların ehtiyat hissələrindən özünün emalatxanasında analoqunu yaratmışdır. | Melyes mexanik və ixtiraçı olmamışdır, o analoji kameranı Böyük Britaniyadan əldə etmişdir. |
Melyes 500dən çox film çəkmişdir, lakin filmin sonunda onlardan 80-ni tapmaq mümkün olur. | Təxminən 200 filmi qorunub saxlanmışdır. |
Melyesin studiyası insanların Birinci Dünya Müharibəsini görməsindən sonra daha fantastik filmlərə baxmağın maraqlı olmaması göstərilir. | Melyes hesab edirdi ki, müharibə və müharibədən sonrakı dövrdə onun filmlərinin əsas gəlirini sürətli inkişaf edən ABŞ bazarı təmin edəcəkdir. Lakin amerikalı sahibkar, ixtiraçı Tomas Alva Edison Melyesin filmlərinin surətini çıxarmış və ABŞ ərazisində müəllifə mükafat ödəmələrini verməmişdir[14] . |
Kinostudiyasının iflasından sonra Melyes kino ilə bağlı olan bütün keçmişini unutmağa çalışır. | Kinostudiyasının iflasından sonra Melyes bir müddət Pathe adlı fransız kinostudiyasında çalışmışdır. |
Melyes mexaniki oyuncaqlar mağazasının sahibidir. Həyat yoldaşı Janna d'Alsi evdar xanımdır və xaç qızını tərbiyə edir. | Melyes mağazada öz xanımı ilə çalışmış. Onun iki uşağı olmuşdur: oğlu Andre Melyes və qızı Mari-Jorj Melyes. |
Film amerikan kinomətbuatının fanfarası altında prokata çıxmışdır. Globe and Mail adlı kanada qəzetindən olan Layam Leysi Skorsezenin bu işini "kino tarixi haqda dərsin əla illustrasiyası" adlandırmışdır[15].
Riçard Röper isə "Hüqo" filmini 10 illiyin ən sehirli kinotəəssüratlarında biri, Rover Ebert isə Skorsezenin uzun karyerası boyu "rejissorun ürəyinə ən yaxın olan" film adlandırmışdır[15].
Mükafatlar və nominasiyalar | |||||
---|---|---|---|---|---|
Mükafat | Kateqoriya | Laureat və namizədlər | Nəticə | ||
ABŞ kinotənqidçiləri Milli şurası | Ən yaxşı film | Qazandı | |||
Ən yaxşı rejissor işi | Martin Skorseze | Qazandı | |||
Vaşinqton kinotənqidçilər Assosiasiyası | Ən yaxşı film | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skorseze | Qazandı | |||
Ən yaxşı operator işi | Robert Riçardson | Namizəd | |||
Ən yaxşı aktyor heyəti | Namizəd | ||||
Ən yaxşı ssenari | Con Loqan | Namizəd | |||
Ən yaxşı musiqi | Hovard Şor | Namizəd | |||
Ən yaxşı quruluşçu rəssam | Dante Ferretti | Qazandı | |||
Boston kinotənqidçilər cəmiyyəti | Ən yaxşı film | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skorseze | Qazandı | |||
Ən yaxşı operator işi | Robert Riçardson | Namizəd | |||
Ən yaxşı montaj | Telma Şunmeyker | Namizəd | |||
Los-Anceles kinotənqidçilər assosiasiyası | Ən yaxşı rejissor işi | Martin Skorseze | Namizəd | ||
Ən yaxşı quruluşçu rəssam | Dante Ferretti | Qazandı | |||
San Dieqo kinotənqidçilər birliyi | Ən yaxşı film | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skorseze | Namizəd | |||
Ən yaxşı operator işi | Robert Riçardson | Namizəd | |||
Ən yaxşı montaj | Telma Şunmeyker | Namizəd | |||
Ən yaxşı ssenari | Con Loqan | Namizəd | |||
Ən yaxşı musiqi | Hovard Şor | Namizəd | |||
Ən yaxşı quruluşçu rəssam | Dante Ferretti | Qazandı | |||
Çikaqo kinotənqidçilər Assosiasiyası | Ən yaxşı film | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skorseze | Namizəd | |||
Ən yaxşı operator işi | Robert Riçardson | Namizəd | |||
Ən yaxşı ssenari | Con Loqan | Namizəd | |||
Ən yaxşı musiqi | Hovard Şor | Namizəd | |||
Tənqidçilərin seçimi | Ən yaxşı film | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skoserze | Namizəd | |||
Ən yaxşı operator işi | Robert Riçardson | Namizəd | |||
Ən yaxşı gənc aktyor | Asa Batterfild | Namizəd | |||
Ən yaxşı ssenari | Con Loqan | Namizəd | |||
Ən yaxşı musiqi | Hovard Şor | Namizəd | |||
Ən yaxşı quruluşçu rəssam | Dante Ferretti | Qazandı | |||
Ən yaxşı kostyum dizaynı | Sendi Pauell | Namizəd | |||
Ən yaxşı səs | Namizəd | ||||
Ən yaxşı vizual effektlər | Namizəd | ||||
Ən yaxşı montaj | Telma Şunmeyker | Namizəd | |||
Qızıl Qlobus mükafatı | Ən yaxşı dram filmi | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skoserze | Qazandı | |||
Ən yaxşı musiqi | Hovard Şor | Namizəd | |||
London kinotənqidçilər qrupu mükafatı | Ən yaxşı quruluşçu rəssam | Dante Ferretti | Namizəd | ||
Ən yaxşı operator | Robert Riçardson | Namizəd | |||
Detroyt kinotənqidçilər qrupu | Ən yaxşı film | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skorseze | Namizəd | |||
Nevada kinotənqidçilər birliyi | Ən yaxşı film | Qazandı | |||
Ən yaxşı aktyor-uşaq | Asa Batterfild | Qazandı | |||
Ən yaxşı rejissor işi | Martin Skorseze | Qazandı | |||
BAFTA mükafatı | Ən yaxşı rejissor işi | Martin Skorseze | Namizəd | ||
Ən yaxşı operator işi | Robert Riçardson | Namizəd | |||
Ən yaxşı musiqi | Hovard Şor | Namizəd | |||
Ən yaxşı quruluşçu rəssam | Dante Ferretti, Françesko Lo Şiavo | Qazandı | |||
Ən yaxşı kostyum dizaynı | Sendi Pauell | Namizəd | |||
Ən yaxşı səs | Filip Stokton, Yucin Certi, Tom Fleyxsman, Con Micli | Qazandı | |||
Ən yaxşı vizual effektlər | Namizəd | ||||
Ən yaxşı qrim | Morak Ross, Jan Arçibald | Namizəd | |||
Ən yaxşı montaj | Telma Şunmeyker | Namizəd | |||
Oskar mükafatı | Ən yaxşı film | Namizəd | |||
Ən yaxşı rejissor işi | Martin Skoserze | Namizəd | |||
Ən yaxşı operator işi | Robert Riçardson | Qazandı | |||
Ən yaxşı səs montajı | Qazandı | ||||
Ən yaxşı ssenari | Con Loqan | Namizəd | |||
Ən yaxşı musiqi | Hovard Şor | Namizəd | |||
Ən yaxşı quruluşçu rəssam | Dante Ferretti | Qazandı | |||
Ən yaxşı kostyum dizaynı | Sendi Pauell | Namizəd | |||
Ən yaxşı səs | Qazandı | ||||
Ən yaxşı vizual effektlər | Qazandı | ||||
Ən yaxşı montaj | Telma Şunmeyker | Namizəd |