Serkan Ramanlı (1980, Batman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Serkan Ramanlı | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Batman |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1980 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, siyasətçi |
Serkan Ramanlı 1980-ci ildə Batman ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Batman ilində alıb. Van Yüzüncü İl Universiteti Ədəbiyyat Bölməsindən və Səlcuq Universiteti Hüquq Bölməsindən məzun olub.[1]
Hüquqşünas olaraq çalışıb. Batman Bürosunun Baş Katibi və sədr müavini vəzifələrində təmsil olunub.[1]
Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının sözçüsü vəzifələrində çalışır.[1]
2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Kürdcə və ingiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]