Zəkəriyə Yapıcıoğlu (22 fevral 1966, Batman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, Hürr Dava Partiyasının sədri.[1]
Zəkəriyə Yapıcıoğlu | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İstanbul (3.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1966 (58 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | vəkil, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Zəkəriyə Yapıcıoğlu 1966-cı ildə Batman ilində anadan olub. İbtidai və orta təhsilini Batman ilində alıb. Əvvəlcə Batman Sənaye Peşə Liseyini bitirib, daha sonra isə 1988-ci ildə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub.[1]
1990-cı ildə Ərzurumda özəl müəssisədə hüquqşünas olub, 1992-2012-ci illərdə isə sərbəst hüquqşünas olaraq çalışıb.[1]
2012-ci ildə 45 dostu ilə birgə Hürr Dava Partiyasını təsis edib. Bir il sədr müavini olduqdan sonra 30 iyun 2013-cü ildə Hürr Dava Partiyasının sədri seçilib. 2018-ci ilin martında istefa verib, 2021-ci ilin iyununda isə növbəti dəfə Hürr Dava Partiyasının sədri seçilib.[1]
2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]
Kürdcə və ingiliscə bilir. Evli və 5 uşaq atasıdır.[1]