Hüseynəli İsmayılov

Hüseynəli İsmayılov (d.1961) — tibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki və akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbəri.[1][2]

Hüseynəli İsmayılov
Doğum tarixi (63 yaş)
Doğum yeri Qızılkilsə, Dmanisi rayonu, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Milliyyəti azərbaycanlı
Elm sahəsi tibb
Elmi dərəcəsi akademik
Elmi adı professor
İş yerləri akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbəri
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti
Elmi rəhbəri Akademik İlizarov
Tanınır Ortopedik və travmatoloji xəstəliklərin müalicəsi
Mükafatları Rusiyanın "Alfred Nobel" medalı
"Vernadski" qızıl medalı
Rusiyanın Əməkdar Səmərələşdiricisi fəxri adı

1961-ci ildə Borçalı mahalının Dmanisi (Başkeçid) rayonunun Qızıl Kilsə kəndində anadan olmuşdur.

1986-cı ildə Azərbaycan Tibb İnstitutunun (indiki ADTU) cərrahiyyə fakültəsini bitirib. Əmək fəaliyyətinə Rusiyanın Kurqan şəhərində, əslən Azərbaycanın Qusar rayonundan olan akademik Q.İlizarovun "Bərpa travmatologiyası və ortopediyası" elmi mərkəzində başlayıb.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə ABŞ-da və İngiltərəyə dəvət edilmiş, müalicələr üçün istifadə etdiyi üsullar barədə mühazirələr demişdir. onun səfəri barədə mətbuatda belə yazılmışdı:

" ...Böyük Britaniyanın tibb mərkəzlərinin travmatoloji şöbələrdə gördükləri lövhəciklər, bolt və şruplar hələ də tətbiqi həkimlərimizi heyrətə gətirdi. Sən demə, o vaxtadək nə İngiltərənin, nə də digər Qərb ölkələri həkimlərinin İlizarov cihazının mövcudluğu barədə məlumat yox idi. "

Hüseynəli İsmayılovun müasir travmatologiya və ortopediya haqqındakı məruzəsi ingilis cərrahları tərəfindən böyük maraqla qarşılandı və doktor İsmayılov tərəfindən təkmilləşdirilmiş bu cihaz onları heyrətdə qoydu. Cərrah 2001-ci ildə Böyük Britaniya Səhiyyə Təşkilatının dəvəti ilə bir ay London, Oberqin, ŞeffildBirminqem şəhərlərində, iki ay isə Şotlandiyada qalaraq, bir sıra uğurlu cərrahi əməliyyatlar aparıb.

1993-cü ildə namizədlik, 2000-ci ildə doktorluq dissertasiyalarını müdafiə edən İsmayılov İlizarovun davamçıları arasında digər əcnəbi ölkələrlə müstəqil şəkildə əlaqə yaradan ilk görkəmli travmatoloq-ortopeddir. 2002-ci ildə uzun müddətli müqavilə əsasında işləmək üçün İrana dəvət olunur.

Hüseynəli İsmayılov travmatologiya və ortopediya sahəsində 50-dən çox yeni texniki model işləyib hazırlayıb. O, ilk fəaliyyət meydanı olan Rusiyanın Kurqan şəhərində 2000-dən, İngiltərədə 30-dan, İranda isə 6000 nəfərdən artıq xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatları aparıb.[3]

Ona qədər akademik İlizarova məxsus olan 37 sm boy uzatma üzrə dünya rekordunu təzələyərək, hollandiyalı qızın boyunu 41 sm, iranlı qızın boyunu isə 56 sm uzadaraq dünya rekorduna imza atmışdır.

Görkəmli alim anadangəlmə və sonradan yaranmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş yüzlərlə elmi məqalənin, 3 monoqrafiyanın, 16 dərsliyin, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun bütün elmi ixtiraları və səmərələşdirici təklifləri dünyanın əksər ölkələrində travmatoloq-ortopedlər və plastik cərrahlar tərəfindən uğurla tətbiq olunmaqdadır. Alimin əl və ayaq xəstəliklərinin, sınıqlarının müalicəsində və bərpasında uğurla tətbiq olunan son elmi ixtirası Yaponiyada patent alıb.[1]

Azərbaycanlı alim-cərrah həmçinin Rusiyanın "Alfred Nobel" və "Vernadski" qızıl medallarına layiq görülüb. Saysız-hesabsız mükafat və təltifləri vardır. Dünyanın bir neçə məşhur akademiya və tibb cəmiyyətlərinin üzvüdür.[1]

2003-cü ildə H.İsmayılov Rusiya prezidenti V.V.Putin tərəfindən Rusiyanın Əməkdar səmərələşdiricisi adına layiq görülüb.[3]

  1. 1 2 3 "ABŞ cərrahlarını heyran qoyan, "Nobel"ə layiq görülən azərbaycanlı həkim". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
  2. Həmyerlimiz akademik İlizarovun layiqli davamçısıdır[ölü keçid]
  3. 1 2 "HƏMYERLİMİZ AKADEMİK HÜSEYNƏLİ İSMAYILOV RUSİYANIN "ALFRED NOBEL" VƏ "VERNADSKİ" QIZIL MEDALLARI İLƏ TƏLTİF OLUNUB". 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.