Bu məqalə Başkeçid rayonunda yerləşən Qızılkilsə kəndi haqqındadır. Digər mənalar üçün Qızılkilsə səhifəsinə baxın. |
Qızılkilsə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Kəndin digər adı Dəmirçihasanlıdır.[3] 1 yanvar 2010-cu il vəziyyətinə görə Qızılkilsə kənd inzibati-ərazi dairəsinin mərkəzidir.[4]
Qızılkilsə kəndi gürc. სოფელი ყიზილქილისა (sopeli kizilkilisa) | |
---|---|
ყიზილქილისა | |
41°21′50″ şm. e. 44°15′06″ ş. u. | |
Ölkə | Gürcüstan |
Rayon | [[Başkeçid]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.220 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1716[2] |
Başkeçid rayonunda Böyük Dəmirçihəsənli (indi Qızılkilsə), Kiçik Dəmirçihəsənli (indi Şindilər) adlı kəndlər vardır.[5]
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şimal-şərqdə, Lükün-Şindi dağının şərqində yerləşir.[6]
Kənddə 1870-ci ildə 23 ailədə 151 nəfər, 1926-cı ildə 88 ailədə 588 nəfər azərbaycanlı yaşayırdı.[3]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 774 nəfər əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.[7][8]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 775 nəfər əhali yaşayır.[4]
Kənddə ilk dünyəvi məktəb 1920-ci ildə yaradılmışdır.[3] Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.[3]
Kənddə 1 tibb məntəqəsi fəalliyət gostərir.