Hüseyn Baranlı

Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan QarabağGöyçə hakimi.

Sultan Hüseyn Baranlı
bayraq
QarabağGöyçə hakimi
1480 – 1500
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Gəncə, Ağqoyunlu imperiyası
Dini İslam(Sünni)

Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi.[1][2] Cünabədi yazır:

" “...məmləkəti Həsən bəyin övladlarından və nəvələrindən alıb, Azərbaycan diyarında yenidən Qara Yusif nəslinin rəhbərlik çırağını yandırmaq [məqsədi güdürdü]" [3] "

Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi.[4] Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi. Əmirlər qayıdan kimi gecə ikən qızılbaş qoşunu öz düşərgəsini xəlvətcə tərk edib oradan uzaqlaşdı.[5][6] Xacə Əbdi bəy yazır:

" "...[İsmayıl] Arran Qarabağına yola düşdü. O zaman Cahanşah padşahın nəvəsi olduğunu iddia edən Sultan Hüseyn adlı bir şəxs o həzrətlə [şah İsmayılla] görüşüb, xəyanət etmək məqamında idi. 0 Bu iş xaqan (İsmayılın) Günəş ürəyində aydınlaşdı. Dərhal oradan köçüb, Çuxursəd tərəfə üz çevirdi. Oradan Doqquzulama yola düşdü. Orada pak niyyətli və etiqadlı sufilərin meydan sulayanı Qaraca İlyas Bayburdlu Rumlu dəstəsi ilə [şah İsmayılın] xidmətinə yetişdi.[7] "

İsgəndər bəy Münşi Türkman yazır:

" Dünyanı tutan orduya iradət sahibləri toplanmaqdaydılar. O, Qarabağda Mirzə Cahanşahın nəvələrindən olan və hələ də üzə çıxmaq və yüksəlmək xəyalıyla yaşayan Sultan Hüseyn Barani ilə görüşdü. Onun hərəkətlərində kələk və amansızlıq müşahidə edən o həzrət [İsmayıl] ondan ayrılaraq Gögcə təngizə(Göyçə gölünə) təşrif apardı və Ərzincanadək irəlilədi.[8] "

Səhəri gün Barani İsmayılın Çuxursəəd tərəfə getdiyini anlayıb, onları təqib etdi və qızılbaş qoşununu haqlaya bildi.Lakin məğlub oldu və geri çəkildi.[9][10][11]

Hüseynin 7-8 minlik qoşunu ilə İsmayılın 3 min qızılbaşı arasında döyüş “Qaraqoyunluların" məğlubiyyəti və onlardan 4 min nəfərin həlak olması ilə nəticələndi.[12]

Hüseyn Baranlının bu döyüşdə öldürüldüyü bildirilsə də, digər məlumata görə, o, qəti olaraq 1500-cü ilin payızında Gəncə yaxınlığında Əlvənd Mirzə tərəfindən darmadağın edilmişdi.[13][14]

  1. S.Ə.Rəhimzadə. Şərh-i cəngha, s.123.
  2. Aləmara (Sahib), s.49-50
  3. Rövzətüs-Səfəviyyə, s.119.
  4. Aləmara (Sahib), s.50
  5. Aləmara (Sahib), s.51-52
  6. О.А.Эфендиев. Об- разование азербайджанского государства Сефевидов, c.85
  7. Təkmilət əl-Əxbar M-213a, B-2436
  8. Tarixe-aləmaraye-Abbasi səh.82.
  9. Xülasətüt-təvarix, s.53;
  10. Cahangüşa-yi xaqan, s.104
  11. Əhsənüt-təvarix (Seddon), s.35.
  12. Aləmara (Sahib), s.52
  13. С.А.Мамедов. Азербайджан по источникам, c.161
  14. Tarix-i cahanara, v.195a.
  • (İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.)
  • Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü - şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm, 1996-200s.

Hüseyn Baranlının I Səlimə , Azərbaycan türkcəsində ərizəsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]