Hüseyn bəy Ağabəyov

Hüseyn Rəhim oğlu Ağabəyov (1898, Şamaxı28 fevral 1956, Bakı) — Azərbaycanın tibb alimi, tibb elmləri doktoru (1935), professor (1938), Azərbaycan SSR əməkdar həkimi (1942).[1]

Hüseyn Ağabəyov
Hüseyn Rəhim oğlu Ağabəyov
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 28 fevral 1956(1956-02-28)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Atası Rəhim Abbasov
İş yeri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar həkimi

Hüseyn Ağabəyov 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunda mama və ginekologiya kafedrasının professoru (1938-1941, 1943-1956), Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu (1949-1950) işləmişdir.

Tədqiqatları qadın xəstəliklərinin öyrənilməsinə həsr olunmuşdur.

  • Azərbaycan SSR əməkdar həkimi — 1942
  • Qırmızı Əmək Bayrağı ordeni
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 154. ISBN 978-9952-441-02-4.