Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 3 gün əvvəl En Merker (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Hüseynbala Hüseynov (20 yanvar 1942, Dərbənd, Dağıstan MSSR) — tanınmış salnaməçi, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi, Dərbənd şəhərinin fəxri vətəndaşı,[1] Dərbəndin mədəni və tarixi irsi haqqında 13 kitab müəllifi, "Tərəqqi" medalı laureatı.[2]
Hüseynbala Hüseynov | |
---|---|
Hüseynbala Yəhya oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd |
Vətəndaşlığı | SSRİ → Rusiya |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Azərbaycan Dövlət Neft və Kimya İnstitutu Ali Partiya Məktəbi |
Fəaliyyəti | tarixi-roman, memuar |
Fəaliyyət illəri | 1977-hazırda |
Əsərlərinin dili | rus dili |
İstiqamət | səlnamə |
Janr | tarixi-roman |
İlk əsəri | "Qədim Dərbəndin əfsanələri" |
Tanınmış əsərləri |
"Dərbənd şəhərinin ensiklopediyası" "General Ərəblinski və onun nəsli" |
Mükafatları |
Hüseynbala Yəhya oğlu Hüseynov 1942-ci il yanvarın 20-də Dərbənd şəhərində anadan olub. Dərbənd şəhəri 1 saylı orta məktəbini bitirib. Sonradan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb.[3]
O, 1969-1972-ci illərdə Dərbənd şəhər Komsomol Komitəsinin I katibi, 1972-1977-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Dərbənd şəhər Komitəsinin katibi, 1977-1983-cu illərdə Dərbənd şəhər Xalq Deputatları Şurasının sədri, 1991-2010-cu illərdə Dərbənd şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifələrində işləmişdir.[4]
Hüseynbala Hüseynov uzun müddət Dərbənd rayonu İcra Hakimiyyətində çalışıb. 2011-ci ildən "Dərbənd yenilikləri" qəzetinin baş redaktorunun müavinidir. Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işcisidir. Dağıstan Respublikasının Dövlət Başçısının yanında Ağsaqqallar Şurasının üzvüdür. Diyarşunas alim olan H.Huseynov Dərbənd tarixi, bu şəhərdə yaşayan azərbaycanlıların soykoku, mədəniyyəti, ədəbiyyatı haqqında "Min əfsanənin şəhəri" – Mahaçkala, "Qədim Dərbəndin əfsanələri", "Dərbənd və müsəlman ənənələri", "Böyük Vətən müharibəsi illərində Dərbənd", "Dərbənd şəhərinin müxtəsər ensiklopediyası", "Dərbəndşünaslıq"(dərslik), "Dərbənd və "Kitabi-Dədə Qorqud", "Dərbənd şəhərinin ensiklopediyası", "General Ərəblinski və onun nəsli"[5] kitablarının müəllifidir.
Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu