Sevinc Həbib qızı Fətəliyeva (17 avqust 1979, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı.
Sevinc Fətəliyeva | |
---|---|
Vəzifədədir | |
30 noyabr 2010-cu ildən | |
Vəzifədədir | |
24 yanvar 2011-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 avqust 1979 (45 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Həbib Fətəliyev |
|
|
Təltifləri |
Sevinc Fətəliyeva 1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub.[1] 1996-cı ildə Sevinc Fətəliyeva 160 №-li tam orta məktəbi bitirib .[1] 1996–2000-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) tərcümə ixtisası üzrə təhsil alan Sevinc Fətəliyeva, 2000–2002-ci illərdə ADU-da magistr pilləsində təhsil alıb.[1] Rus və ingilis dillərini bilən Sevinc Fətəliyeva, fiologiya üzrə fəlsəfə doktorudur.[1] Sevinc Fətəliyevanın atası – Həbib Fətəliyev Azərbaycan SSR-nin sənaye naziri olub.
Sevinc Fətəliyeva ailəlidir, bir oğlu və bir qızı var.[1]
2000-ci ildə "Mitsui & Co." LTD-də tərcüməçi vəzifəsində çalışan Sevinc Fətəliyeva, 2003-cü ildən Slavyan Universitetində (BSU) çalışır.[1] O, 2003-cü ildən "Roman-german dilləri" Kafedrasının müəllimi, 2006-cı ildən isə "İngilis fiologiyası" Kafedrasının müdiridir.[1]
Sevinc Fətəliyeva 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatıldı.[1] 30 saylı Suraxanı 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Sevinc Fətəliyeva, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi.[1] O, 2010–2015-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb.[1] Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvüdür.2015–2017-ci illər ərzində Avropa Şurasının uşaqlar üzrə Baş Məruzəçi vəzifəsində çalışıb.
2016–2018-ci illərdə AŞPA -nın Sosial məsələlər, Sağlamlıq və Davamlı İnkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri vəzivəsində çalışıb.
Sevinc Fətəliyeva 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərə qatıldı.[1] 30 saylı Suraxanı 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Sevinc Fətəliyeva, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi.[1] (2015–2020) Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədrinin müavini, İctimai birliklər və dini qurumlar Komitəsinin isə üzvü vəzifələrində çalışıb. Sevinc Fətəliyeva Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,ABŞ, Çili, İsveç, Qətər, Misir, Peru, Yaponiya və Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının isə üzvü olub. Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Qadınlar Şurasının isə sədr müavinidir.[1]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]