Həbib Məmmədəliyev (tam adı: Məmmədəliyev Həbib Mehdi oğlu;v. 14 may 1975) — AMEA-nın müxbir üzvü, kimyaçı alim, texniki elmlər doktoru, professor[1]
Həbib Məmmədəliyev | |
---|---|
Məmmədəliyev Həbib Mehdi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Çar Rusiyası,İrəvan quberniyası,Ordubad |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Moskva |
Vəfat səbəbi | Ürək çatışmazlığı |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | texniki elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | SSRİ Elmlər Akademiyası Neft İnstitutu |
Üzvlüyü | AMEA-nın müxbir üzvü |
Mükafatları | Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı |
Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhərində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur. Şərqşünas Vasim Məmmədəliyevin qohumudur.[2] Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunu muhəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirmişdir.
14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində dəfn edilmişdir.
İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Azərbaycan SSR EA-nın Neft İnstitutunun laboratoriya müdiri (1945-1955), SSRİ EA-nın Neft İnstitutunda boyük elmi işçi, qrup rəhbəri (1955-1961), SSRİ EA Neft-Kimya Sintezi İnstitutunda Aromatik monomerlər laboratoriyasının rəhbəri işləmişdir (1961- 1975).
Əsas elmi istiqaməti aromatik karbohidrogenlərin alkilləşdirilməsi, dealkilləşdirilməsi və izomerlərə çevrilməsi reaksiyalarına həsr edilmişdir.
H.Məmmədəliyev əməkdaşları ilə birlikdə fenolların alümosilikat və turşu katalizatorları üzərində aklilləşmə və arilalkilləşmə reaksiyalarını ətraflı tədqiq edərək, əsas və əlavə reaksiyaların ümumi sxemlərini müəyyənləşdirmiş və onların kinetik qanunauyğunluqlarını aşkara çıxarmışdır.
Rəhbərliyi ilə işlənib hazırlanmış katalitik riforminq prosesi piroliz qurğularında aromatik karbohidrogen istehsalını 1,5-2 dəfə artırmağa imkan vermişdir.
Tərəfindən neft və yanar şistlərin pirolizindən alınan maye karbohidrogen tərkibi öyrənilmiş və sənaye miqyasında sənaye neft məhsulları olan stirol və inden fraksiyasının ayrılma prosesi işlənib hazırlanmışdır. Rəhbərliyi ilə 15 fəlsəfə doktoru hazırlanmışdır.
180 elmi əsərin, o cümlədən 13 müəlliflik şəhadətnaməsi və 1 monoqrafiyanın müəllifidir.