Həkim Məhəmməd Əmin

Həkim Məhəmməd Əmin — həkim.

Həkim Məhəmməd Əmin
Doğum yeri Gilanın Lahijan məntəqəsi
Fəaliyyəti həkim

Həyatı[redaktə | mənbəni redaktə et]

Gilanın Lahijan məntəqəsində doğulmuşdu. Təhsil almaq üçün Təbrizə yollanmış və burada tibb elmini məşhur Həkim Cəbrayil və Həkim Məhəmməd Bəqərdən öyrənmişdi.

Müəyyən müddət Təbrizdə həkimlik etmişdi. Onun təsis etdiyi müalicəxana o qədər çox xəstə cəlb edirdi ki, başqa müalicəxanalar, demək olar ki, boş qalmışdı.

O dövrdə Təbriz Osmanlıların işğalı altında idi. Təbrizin Osmanlı valisi də Həkim Əminin təcrübə və biliklərinə valeh qalmışdı və tex-tez ona müraciət edirdi. Məhəmməd Əmin səyahət etməyi xoşlayırdı.

Günlərın bir günündə o, Ruma (Türkiyənin Avropa hissəsinə) səyahətə çıxır, qayıdan baş isə görür ki, Şah Abbasın qoşunları Təbrizi osmanlıların əlindən alıb.

Məhəmməd Əmin dərhal şahın hüzuruna yollanır ki, ona öz sədaqət və məhəbbətini bildirsin, lakin şahın soyuq münasibətindən təşvişə duşub Gilana qaçır. Sah Abbasın qəzəbini başa düşmək çətin deyil—çox guman ki, Məhəmməd Əmin Osmanlı işğalçıları ilə əməkdaşlıqda günahkar bilinmişdi. Ona görə, Məhəmməd Əmin bir daha Təbrizə qayıtmır və birbaşa Hindistana, Əbdürrəhim Hani-Hanan adlı bir xeyriyyəçinin sarayına üz tutur.

"Məktəbi-Xoşməndan" ("Ziyalıların məktəbi") adı tanınmış bu möhtəşəm sarayda Məhəmməd Əmin hörmətlə qarşılanır və bacarığı, tibbi səriştəsi və mülayim xasiyyəti sayəsində böyük şöhrət qazanır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]