Həmid Zübeyir Koşay (1897[1][2][…] – 2 oktyabr 1984, Ankara) — Ufa quberniyası Telançe Tamaq köyendä anadan olmuş, başqurd kökənli türk etnoqraf, arxeoloq, yazıçı və folklor araşdırmaçısı.[3]
Həmid Zübeyr Koşay | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Telançe Tamaq, Ufa quberniyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ankara, Türkiyə |
Dəfn yeri | |
Təhsili | Eötvöş Lorand Universiteti |
Fəaliyyəti | yazıçı, arxeoloq |
Elmi dərəcəsi |
Atasının adı Übeydullah Əfəndi, anasının adı Nurizadə xanımdır. Ailəsi tərəfindən 1910-cu ildə təhsil alması üçün Osmanlıya göndərilmişdir. Selanikdə Mərkəz Rüşdiyyəsini bitirmiş, liseyi İstanbulda oxumuşdur. 1916-cı ildə İstanbul Darülmuallimdən məzun olmuş, 1917-ci ildə Kadıköy liseyinə təyin olunaraq 1 il müəllimlik etmişdir. Bu zaman İstanbul Darülmuallimdə etnoqrafiya və macarca dərslərində iştirak etmişdir.
Macarıstanda türkologiya və dilçilik sahələrindəki təhsilini davam etdirmiş və 1923-cü ildə doktorantura təhsilini başa vurmuşdur. 1925-ci ildə Berlin Universitetində professor Banq Kaupun dərslərində iştirak etmiş və dövlət kitabxanasında tədqiqatlar etdikdən sonra Türkiyəyə geri dönmüş və Maarif Naziliyində çalışmağa başlamışdır. Koşay Türkiyədə etnoqrafiya, folklor və arxeoloji tədqiqatlarının elmi əsaslarını qurmuş elm adamıdır.[4]
1 oktyabr 1984-cü ildə Ankarada vəfat etmişdir.[5]