Hər filmimdə özümü görürəm. Eldar Quliyev — rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.
Hər filmimdə özümü görürəm. Eldar Quliyev | |
---|---|
Rejissor | Elvin Vəlimətov |
Ssenari müəllifi | Sevda Ağazadə |
Operator | Rüfət Sarabi |
İstehsalçı | Azərbaycan Televiziyası |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 43 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
Rəng | rəngli |
Film kinorejissor, Azərbaycanın xalq artisti Eldar Quliyevə həsr olunur.
Filmdə "Biri vardı, biri yoxdu", "Bir cənub şəhərində", "Ən vacib müsahibə", "Var olun, qızlar...", "Sevinc buxtası", "Babək", "Nizami", "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat", "Nə gözəldir bu dünya...", "Girov", "İstanbul reysi" filmlərindəki kadrlardan istifadə edilmişdir.