Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov; 2 sentyabr 1953, Bakı) — Azərbaycan mənşəli sovet və rus filoloqu — Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi.
Həsən Çingiz oğlu Hüseynov | |
---|---|
Doğum tarixi | 2 sentyabr 1953 (70 yaş) |
Doğum yeri | |
Atası | Çingiz Hüseynov |
Elm sahələri | klassik filologiya[d], filologiya, kulturologiya[1], ədəbiyyat[1] |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yerləri |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A. F. Losev və A. A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978–1984), sonra SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990–1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992–1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-nin universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001–2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006–2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.[2]
2007-ci ildə Rusiyaya qayıdaraq Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professoru oldu. MDU-da o, qədim ədəbiyyat tarixi, qədim yunan dili və klassik filologiyaya üzrə mühazirələr oxuyurdu[3]. Catalogus Philologorum Classicorum (Antikoloqlar kataloqu) beynəlxalq layihəsinin rus bölməsinin rəhbəridi[4].
2011-ci ilin aprelindən 2012-ci ilin sentyabrına qədər — Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Humanitar Tədqiqatlar Mərkəzinin direktoru olmuşdur[5].
2012-ci ilin oktyabrından Ali İqtisadiyyat Məktəbinin Filologiya fakültəsinin professoru, Elmi Şurasının üzvüdür. O, AİM-nin iki fəxri diplomu və təşəkkürnaməsi, o cümlədən AİM-nin Filologiya Məktəbinin təşəkürnaməsi ilə təltif olunmuşdur. 2013, 2014, 2016–2019-cu illərdə ən yaxşı müəllim seçilmişdir.
Bazel Universitetində də (İsveçrə) dərs deyir[6].
"Journal of Soviet and Post-Soviet Politics and Society", "Religion", "State and Society", "Dövlət, Din, Rusiya kilsəsi Rusiyada və Xaricdə" və "Логос" jurnallarının redaksiya heyətinin üzvüdü.
Bergen Universitetinin (Norveç) "The Future of Russian" beynəlxalq layihəsinin üzvüdü.
SSRİ, Rusiya tarixi və Siyasi dilçilik mövzusunda Yeltsin Mərkəzində mühazirələr oxuyur.
2004 və 2012-ci illərdə Andrey Belıy mükafatının namizədlər siyahısına daxil idi[7][8].
Fransa Beynəlxalq Radiosunun saytında siyasət, dil və mədəniyyət mövzusunda analitik köşə hazırlayır.
2019-cu ilin oktyabrında Moskva qəzet köşklərində xarici dilli nəşrlərin tapılmamasından şikayətlənmiş, eyni zamanda rus dilini "yazıq" və "cılız" adlandırmışdı. O, bütün dünyanı Rusiyanın əksi olaraq "daha ağıllı və insansevər insanlar yaşayan" kimi qələmə vermişdir. Professorun bu açıqlaması Rusiya ictimaiyyətinin kəskin etirazına səbəb olmuş, o, açıq-aşkar rusafobiyada itiham edilmişdir[9]. Öz sözlərini müdafiə edən Hüseynov bildirmişdir ki, rus dilinin özü ilə hər şey qaydasındadır, lakin bu dili qanunvericilər və natiqlər korlayır[10]. AİM rəhbərliyi isə işçisinin bu sözlərinin qalmaqalı olsa da, onun şəxsi fikri olduğunu bildirmişdi[11].
Atası — yazıçı Çingiz Hüseynov (1929-cu il doğumlu və 2014-cü ildə İsrailə[9]) köçmüşdür), anası — tərcüməçi Marina Davıdovna Qrinblat (1932–1991).
Qızı — tarixçi Diana Hüseynova (1981-ci il doğumlu)[12][13][14][15].