Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rusiya tarixi (rus. История России) — Rusiya tarixi.
XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi əlaqələr olduqca zəif idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI–XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal və Rostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər. Müxtəlif bölgələrdə çox böyük torpağa sahib olan knyazlar meydana gəlirdi. XI əsrdə Kiyev dövlətində də təsərrüfat natural xarakter daşıdığından ayrı-ayrı bölgələr arasında əlaqələr çox zəif idi. Bu da feodal dağınıqlığının ilkin şərtlərindən biri idi. Kiyev dövlətində də şəhərlərin meydana gəlməsi prosesi başlandı. Şəhərlər feodal torpağında salınırdı və feodalın hakimiyyəti altında olurdu. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf edərək vilayətlərin iqtisadi və siyasi mərkəzlərinə çevrilirdilər. Şəhərlərin ətrafında olan torpaqlar boyarlara, feodallara və kilsəyə məxsus idi. Şəhərlərin ərazisi böyüdükcə, əhalisinin sayı artdıqca onlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Yerlərdə olan iri feodallar da mərkəzi hakimiyyətin yox, öz knyazlarının ətrafında birləşirdilər. Bununla da Kiyevdən çox uzaqlarda yerləşən şəhərlərdə feodallar öz knyazlıqlarını yaradırdılar.
Knyazlar öz hakimiyyətlərini qanuniləşdirmək üçün 1097-ci ildə Lübeçdə yığıncaq keçirdilər. Burada "hər kəs öz votçinasını qorusun" şüarı ilə dövlətin ayrı-ayrı müstəqil knyazlıqlara parçalanması rəsmiləşdirildi. Kiyev torpağında Rostov, Suzdal Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minks, Tmutarakan knyazlıqları, Novqorod və Pskov feodal respublikaları meydana gəldi. Kiyev dövlətinin feodallıqlara parçalanmasının rus torpağı üçün nəticələri:feodallar arasında olan narazılığı və ədavəti daha da dərinləşdirdi; knyazlıqlar daha kiçik hissələrə-udellərə bölündü; ölkənin müdafiə qabiliyyəti daha da zəiflədi; siyasi cəhətdən zəifləyən rus torpağının iqtisadi vəziyyətində də geriləmə baş verdi.
Mərkəzi hakimiyyəti tanımaqdan imtina edən və əlaqələri açıdan-açığa kəsən ilk knyazlıqlarlan biri Novqorod torpağı idi. Artıq XI əsrdə Novqorod şəhəri yüksək inkişaf etmiş sənətkarlığa, çoxşaxəli ticarət əlaqələrinə, zəngin adamlara malik Avropa şəhərlərindən birinə çevrilmişdi. O dövr mənbələrində"üç dəniz limanı" adlandırılan şəhər bir neçə əsas ticarət yolunun ayrıcında yerləşmişdi ki, bu da ona müxtəlif ölkələrlə geniş ticarət əlaqələri saxlamağa imkan yaradırdı. Əkinçilik Novqorod iqtisadiyyatının əsasını təşkil edirdi. Əkinçiliklə yanaşı, maldarlıq, ovçulduq və arıçılıq da məşğuliyyət növləri idi. Şəhərdə sənət və ticarət çiçəklənməkdə idi. Novqorod dəmrçiləri, dülgərləri, silah ustaları, çəkməçiləri ilə məşhur idi.
Dövlət qüuruluşuna görə Novqorod boyar respublikası idi. Veçe (şərq slavyanlarında xalq yığıncağı; müharibə və sülh məsələlərini həll edir, knyazı seçir, yaxud hakimiyyətdən qovur, qanunlar qəbul edir, digər knyazlıqlarla müqavilə bağlayırdı) adlandırılan xalq yığıncağı ali qanunverici və məhkəmə hakimiyyətini həyata keçirirdi. Veçe şəhərin hakimi olan posadniki, minbaşını, "Ağsaqqallar şurası"ni və knyazı seçirdi. Başında arxiyepiskopun dayanığı "Ağsaqqalar şurası" Novqorodun siyasi həyatında mühüm rol oynayırdı. Posadnik icra hakimiyyətini həyata keçirir, əhalini mühakimə edir, diplomatik danışıqlar aparırdı. Minbaşı vergi sisteminə və müdaifə işlərinə rəhbərlik edirdi. Digər knyazlıqlardan fərqli olaraq, burada knyazlıq irsi deyidi, o, veçe tərəfindən seçilir və ya qovulurdu. Knyazın funksiyası məhdud idi. O, drujina başçısı kimi şəhəri düşmən hücumlarından müdaifə edirdi. Knyazın dövlət işlərinə cüzi də olsa müdaxiləsi onun qovulması ilə
nəticələnirdi. Novqorod feodal respublikası idi. Burada real hakimiyyətin adlı-sanlı boyarlara məxsus olması Novqorodun dövlət quruluşunun tam demokratik əsasda fəaliyyət göstrəməsinə mane olurdu. Kiyev dövlətində feodallıqlara parçalanma nəticəsində ölkə başını üsütünü almış yeni təhlükədən xilas ola bilmədi. Monqolların 1237–1240-cı illərdəki yürüşləri nəticəsində knyazlıqlar işğal edildi. Bu ərazilər Qızıl Ordudan vassal asılılığına salındı. Onlar Qızıl Orduya xərac ödəməli oldular. Vassal asılılığı dövründə knyazlar arasında narazılıq artmışdı. "Böyük knyaz" titulu almaq uğrunda gedən mübarizə vuruşmalarla nəticələnirdi. Bunun nəticəsində şəhərlər dağılır, sənətkarlıq, ticarət zəifləyirdi. Bir çox sənət sahələri sıradan çıxırdı. Çox vaxt yaxşı sənətkarları Qızıl Orduya aparırdılar. Kənd təsərrüfatında da geriləmə baş vermişdi. Bütün bunlar rus torpaqlarının vahid dövlət halında birləşməsini ləngidirdi.
Rus torpaqlarının birləşdirilməsi uğrunda mübarizə. Monqolların rus torpaqlarına yürüşləri dövründə şəhərlər böyük ziyan çəkmişdilər. Sənətkarlıq və ticarət zəifləmişdi. XIV əsrdən sonra Rus torpaqlarından xərac alan Qızıl Ordu xanları daha yürüşlər təşkil etmirdilər. Şəhər həyatında yenidən dirçəliş baş verdi, qızğın ticarət həyatı yenidən bərpa olundu. Onlar hətta Qızıl Ordu şəhərləri ilə də ticarət edirdilər. Şəhərlərin bir qismi Volqa-Xəzər yolu ilə Cənubi Qafqazla, həmçinin Azərbaycanın bir çox şəhərləri ilə ticarət əlaqəsi saxlayırdılar. Moskva iri sənətkarlıq mərkəzinə çevrilmişdi. Ölkənin ucqarları ilə mərkəz arasında əlaqələr güclənirdi. Moskvanın əlverişli strateji mövqedə yerləşməsi ilə əlaqədar olaraq bura köçüb gələnlərin sayı artmaqda davam edirdi. Qızıl Ordudan asılı olan knyazlar onlara xərac ödəməli olurdular. Parçalanmış halda olan bu dövlətdə sakitlik çoxdan pozulmuşdu. Xalq köhnəlmiş knyaz fərmanları ilə razılaşmır, knyazlar da dövləti idarə edə bilmirdilər. Knyazların bir çoxu artıq başa düşürdü ki, böyük knyaz tərəfindən idarə olunan vahid dövlət yaratmağın vaxtı gəlib çatmışdır. Feodal çəkişmələrindən daha çox əziyyət çəkən kəndlilər və şəhərlilər də başa düşürdulər ki, mərkəzləşdirilmiş dövlət yaradılarsa, feodalların özbaşınalığına son qoyula bilər. Sənətkarlar, tacirlər, bütün şəhər əhalisi mərkəzləşdirilmiş dövlət arzusunda idilər. Təsərrüfatın inkişafı, şəhərlər arasında əlaqə yaradılması, ticarətin canlanması rus torpaqlarının vahid dövlət halında birləşməsi üçün şərait yaratdı. Xarici təhlükə də ölkənin birləşdirilməsi zərurətini ortaya çıxardı. Hamı başa düşürdü ki, asılılıqdan xilas olmaq üçün mərkəzləşdirilmiş knyaz hakimiyyətinə əsaslanan güclü vahid dövlət lazımdır.
XIV əsrin əvvəllərindəMoskva knyazlığıtəsərrüfat, sənət və ticarət sahəsində özünün yüksəliş dövrünü keçirirdi. Qərbi Avropa və Şərq ölkələri ilə ticarətdə uğurlar qazanan Moskva Qızıl Ordu xanlarından "Böyük knyaz" titulu almaq üçün Tver knyazlığı ilə mübarizəyə başladı. Moskva knyazı İvan Kalita (rus dilində pul kisəsi deməkdir; olduqca xəsis və dövlətli knyaz II İvana verilən ləqəb) hiyələ yolu ilə öz rəqibini aradan qaldırıb, Qızıl Ordu xanından "yarlıq"aldı. İvan Kalita böyük knyaz titulunu ələ keçirdikdən sonra Qızıl Ordu xanları xeyli müddət rus torpaqlarına yürüşlər etmədilər. Bu da rus torpaqlarının dirçəlməsinə, Moskvanın varlanıb başqa knyazlıqları özündən asılı vəziyyətə salmasına imkan yaratdı. Moskva knyazlığının güclənməsi birləşdirilmə üçün ilkin şərait yaratdı. Artıq Moskva və başqa knyazlıqlar Qızıl Ordu ilə hesablaşmır, xəracı vaxtlı-vaxtında ödəmir, bəzən isə tamamtlə imtina edirdilər.
Kulikovo məğlubiyyətindən sonra isə Moskva knyazı Qızıl Orduya xərac verməkdən tamamilə imtina etdi. Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətpafında birləşdirilməsi çox sürətlə davam edirdi. O, Rostov və Yaroslavl knyazlıqlarının varlığına son qoydu. Böyük Novqorod boyarları isə hər vasitə ilə öz müstəqilliklərini qoruyu saxlamağa çalışırdılar. Onların Böyük Litva knyazından kömək istəməsi III İvanın Novqorod üzərinə yürüşünə səbəb oldu. 1471-ci ildə baş vermiş Şelon döyüşündə Moskva knyazı III İvan qalib gəldi. 1478-ci ildə Böyük Novqorod torpağı Moskva tərəfindən tamamilə işğal edildi.
Moskva knyazlığı geniş işğallar yolu ilə öz ərazisini genişləndirmək siyasəti yeritməyə başladı. Növbəti işğal hədəfi şimalda və Volqaboyunda yaşayan türk xalqları oldu. Öz müstəqilliyini və istiqlaliyyətini itirən həmin xalqlar ruslaşdırma və xristianlaşdırma siyasəti ilə üz-üzə qalmalı oldular. Moskva knyazlığı ətpafında birləşən rus knyazlıqları öz müstəqilliklərini tam itirdilər. Mərkəzləşmiş dövlət yarandı. Mərkəzi dövlətdə böyük knyaz və boyar dumasıidarə edirdi. Dumanın tərkibi keçmiş knyazlardan və onların vaprislərindən ibarət idi. Böyük knyaz 1497-ci ildə təhkimçilik hüququnun tətbiq edilməsi üçün fərman verdi. Fərmana görə kəndlinin öz ağasının torpağından ancaq ildə bir dəfə-"Yuri günü" nə bir həftə qalmış, yaxud bir həftə sonra çıxıb getmək hüququ var idi. Beləliklə, ümumdövlət təhkimçlik sistemi yaradılmasının əsası qoyuldu.
XVI əsrdə Rusiyanın daxili və xarici siyasətinin qarşısında aşağıdakı vəzifələr dururdu:
XVI əsrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətini işğalçılıq müharibələri yolu ilə ərazisini genişləndirmək təşkil edirdi. III Vasili (1505–1533) 1510-cu ildə Pskov respublikasını, 1514-cü ildə Smolenski, 1521-ci ildə Ryazan knyazlıqlarını Moskvaya birləşdirdi.
1533-cü ildə III Vasili öldü, formal olaraq hakimiyyətə üçyaşlı IV İvan (1533–1584) keçdi. Dövləti onun anası Yelena Qlinskaya idarə edirdi. O, feodalların özbaşınalığına son qoymaq və mərkəzi hakimiyyəti gücləndirmək siyasəti yeridir, feodalların imtiyazlarını azaldır, idarə islahatı keçirirdi. 1538-ci ildə Qlinskaya öldü. Böyük knyaz IV İvan 1547-ci ildə özünü çar elan etdi. O, bir sıra islahatlar keçirdi. Çar yaxın köməkçilərindən ibarət Seçmə rada yaratdı. IV İvan 1549-cu ilin fevralında ilk Zemstvo yığıncağını topladı. Burada feodalların müxtəlif təbəqələri təmsil olunurdu,
1550-ci ildə ümum-Rusiya Qanunnaməsi qəbul olundu. Qanunnaməyə əsasən, mərkəzləşmiş idarə sistemi gücləndirildi. İndi kəndli ildə bir dəfə iş qüvvəsini itirdiyinə görə feodala dəyən ziyanı ödədikdən sonra feodalın yanından gedə bilərdi. 1581-ci ildə "Qadağan (yasaq) illəri" tətbiq edildi, bu isə faktiki olaraq kəndliləri təhkimli halına saldı. Zadəganları boyar məhkəməsi deyil, çar və onun hakimləri mühakimə edə bilərdilər. Əsil-nəcabətə görə vəzifə tutmaq qaydası ləğv edildi. Daimi qoşun növü streles qoşunu yaradıldı. 50-ci illərdə boyar canişin sistemi ləğv edildi. Zadəganlar, posad adamlarının (Rusiya şəhərlərinin ticarət və sənətkarlıqla məşğul olan əhalisi) yuxarı təbəqəsi, kəndin qara camaatı arasından seçilən yerli özünüidarə orqanları yarandı.
Opriçnina, təhkimçiliyin güclənməsi (1565–1572). 1565-ci ildə IV İvan torpaqların xeyli hissəsini xüsusi şəxsi mülkiyyətinə opriçninaya çevirdi. Opriçnina çara müxalifətdə olan boyarların müqavimətini qırmaq üçün yaradılmışdı. 1570-ci ildə IV İvan opriçnina qoşununun başında öz ölkəsinə basqın edib Klin, Tver və digər şəhərləri amansızlıqla qarət etdi. Növqorodda qırğın 40 gün davam etdi. Opriçnina 1572-ci ildə ləğv edildi. Opriçnina on minlərlə kəndlini və sənətkarı müflisləşdirdi, ölkənin təsərrüfatına ziyan vurdu.
XVI əsrin 70–80-ci illərində müharibə, epidemiya və opriçnina nəticəsində kəndlilər, posad adamları öz yerlərini tərk etdilər. Hökumət kəndlilərin "Yuri günü" mülkədarın yanından və şəhərdən çıxıb getmələrinin qadağan edildiyi illər "yasaq illəri" adlanırdı. Bununla da kəndlilərin ildə bir dəfə mülkədarın yanından getməsinə aid hüquq sisteminin yaradılmasına başlandı.
1584-cü ildə IV İvan öldü. Onu kəmağıl və xəstə oğlu Fyodor əvəz etdi. Dövləti isə əslində qaynı Boris Qodunov idarə edirdi. 1598-ci ildə Fyodor öldü, İvan Kalitanın kişi nəsli kəsildi. Zemstvo yığıncağı patriarxın köməyi ilə Boris Qodunovu çar seçdi. O, Rusiyada seçki yolu ilə seçilmiş ilk hökmdar idi.
Bolotnikovun başçılığı ilə kəndli müharibəsi (1606–1607). 1600-cü ildə Boris Qodunov öldü, Vasili Şuyski (1606–1610) hakimiyyətə gəldi. 1606-cı ilin yayında xolop İvan Bolotnikovun başçılığı altında üsyan baş verdi. Üsyanda xoloplar, kəndlilər, şəhərlilər, kazaklar, xırda qulluqçular iştirak edirdilər. Bolotnikov Moskva yaxınlığında Kolomna kəndinə qədər irəlilədi, lakin üsyana qoşulmuş zadəganlar xəyanət etdilər, üsyançılar döyüşdə məğlub oldular və Moskvadan Kaluqaya çəkildilər. Oradan Tulaya getdilər, lakin 1607-ci ildə məğlub oldular. Bu üsyan təhkimçilik hüququ sisteminin təşəkkül tapmasını bir müddət uzatdı.
1610-cu ildə Şuyski hakimiyyətdən salındı, "Yeddi boyar hakimiyyətə" gəldi. Moskva boyarları milli xəyanət etdilər. Reç Pospolitanın şahzadəsi Vladislavı Rusiya taxt-tacına sahib olmağa dəvət etdilər. Polşa ordusu Moskvaya daxil oldu. 16101612-ci illərdə Kuzma Minin və Dmitri Pojarskinin başçılığı altında xalq hərəkatı nəticəsində Polşa və İsveç müdaxiləsinə son qoyuldu.
Romanovlar sülaləsinin hakimiyyətə gəlməsi. 1649-cu il "Məclis qanunnaməsi". 1613-cü ildə Zemstvo yığıncağı 16-yaşh Mixail Romanovu (1613–1645) çar seçdi və bununla da Romanovlar sülaləsinin əsası qoyuldu (1613–1917).
Rusiya dövlətində qanun külliyyatı — "Məclis qanunnaməsi" hazırlandı və 1649-cu ildə Zemstvo yığıncağında qəbul edildi. Qanunnaməyə görə malikanələr (Pomostye) irsən keçə bilərdi, onların Votçinalarla dəyişdirilməsinə icazə verildi. Qanun kəndliləri qəti olaraq feodallara təhkim etdi. Onlar öz ağasının yanından başqasının yanına gedə bilməzdi. Ağasının yanından qaçan kəndlilərin axtarılması üçün vaxt məhdudlaşdırılmadı. Təhkimçilik irsi vəziyyət aldı, yəni kəndlinin övladları da təhkimli kəndli sayıldı. Kəndlilər müstəqil iddia irəli sürə bilməzdilər. Beləliklə, Rusiyada təhkimçilik hüququnun rəsmiləşdirilməsi bu qanunnamədə başa çatdı.
Rusiya Federasiyası adını 25 dekabr 1991-ci ildə almışdır. Slavyanlar Volqavə Okaçayları arasındakı ərazilərə hələ VIII–IX əsrlərdə gəlmişdilər. Onlar Volqa çayı ilə Rus düzənliyinin yuxarı və aşağı hissələrinə hərəkət edirdilər. Baltik dənizindən Volqa və Dneprçay hövzələrinə gedən çay yollarında ən qədim rus şəhərləri Novqorod, Pskov, Smolensksalınmışdır. IX–XII əsrlərdə qədim rus tayfaları Vyatka, Kama, Şimali Dvina, Peçoraçay hövzələrinə irəliləmişdilər. Bu dövrdə qədim rus şəhərlərinin, Moskvanın, Vladimir, Suzdal, Ryazan, Tver, Yaroslavl, Voloqdanın əsası qoyulmuşdur. Rusiya Federasiyasının dövlət-ərazi inkişafı qədim rus dövləti olan Kiyev Rus dövlətindən başlamışdır. Bu dövlətin tərkibinə müasir Rusiyanın şimal-qərb və mərkəz torpaqları daxil idi. XIII–XIV əsrlərdə Moskva knyazlığıyaranmış və bu da yeni rus dövlətinin formalaşmasının özəyini təşkil etmişdir.
XVI əsrin ortalarında Rus dövlətinin tərkibinə Volqaboyunun xalqları məskunlaşan ərazilər qatılmış (Kazanvə Həştərxanxanlıqları) və burada Simbirsk, Samara, Saratov, Kamışin, Sarıtsin(indiki Volqoqrad) kimi qala-şəhərlər salınmışdır. XVI əsrdə rusların Şərqi Avropa düzənliyininmeşə-çöl hissəsinə hərəkəti güclənmiş və burada Tambov, Voronejkimi qala-şəhərlər tikilmişdir. Don çayının aşağı axarlarında kazak, Ağ dənizinsahillərində isə pomorların yaşayış məntəqələri yaradılmışdır. Şərqə hərəkət edərək ruslar artıq XVI əsrin axırlarında Ural dağlarını aşmış və Qərbi Sibir düzənliyində məskunlaşmışlar. Burada uzun müddət Sibirin paytaxtı sayılan Tobolsk şəhəri salınmışdır. XVII əsrdə Yenisey və Lena çayları sahilində rus qalaları tikilmiş və həmin əsrdə də ruslar Baykal gölünə çatmışlar. Təxminən yarım əsr vaxt lazım olmuşdur ki, ruslar Ural dağlarından sərt Şimali Asiyanı keçərək Sakit Okeansahillərinə çatsınlar. Rusların şərqə yürüşü XVII əsrdə Kamçatka yarımadasının ələ keçirmələri ilə başa çatmışdır. XVIII–XIX əsrlərdə ruslar Krımda, Mərkəzi Asiya, Qafqaz və Avropada yaşayan bir neçə xalqı özlərinə tabe etdirə bilmişdilər. Beləliklə böyük rus imperiyası yaranmışdır.
XIX əsrin əvvəllərində Rusiya ictimai-iqtisadi inkişaf baxımından Qərbi Avropa ölkələrindən xeyli geridə idi. 1801-ci ildə Rusiyada saray çevrilişi baş verdi. I Pavel öldürüldü və onun oğlu I Aleksandr taxta çıxarıldı (1801–1825). Kəndli məsələsinin kəskinliyini zəiflətmək üçün 1803-cü ilin fevralında "azad taxılçılar" haqqında fərman verildi. Fərmana görə mülkədarlara icazə verilirdi ki, öz arzularına görə pul alıb kəndliləri torpaqla birlikdə azad etsinlər. 1810-cu ildə yaradılan Dövlət şurası ali idarəetmə orqanı kimi fəaliyyət göstərsə də, çarın yanında məşvərətçi orqan idi. xıx əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Bu zabitlər gizli "Nicat ittifaqı" və "Səadət ittifaqı" adlı cəmiyyətlər yaratdılar. 1825-ci il dekabrın 14-də hərbçilərin üsyanı baş verdi. Bu üsyan tarixə dekabristlər üsyanı kimi daxil oldu.
Dekabristlər üsyanı Rusiyada inqilabi hərəkatın başlanğıcını qoydu. xıx əsrin 50-ci illərinin axırlarında Rusiyanın iqtisadi geriliyinin əsas amili olan təhkimçilik hüququnun ləğv edilməsi və burjua islahatlarının keçirilməsi zərurəti meydana çıxmışdı. 1861-ci il fevralın 19-da II Aleksandr mülkədar kəndlilərinin təhkimçilik hüququnun ləğv edilməsi haqqında "Əsasnamə" imzaladı. Təhkimli kəndlilər şəxsi asılılıqdan azad edilirdilər. Kəndlilərə daşınan və daşınmaz əmlaka malik olmaq, məhkəmədə öz adından çıxış etmək, qanunlar və adətlər üzrə vərəsə olmaq hüququ verilirdi. Kəndlilər azadlıq və pay torpaqları üçün mülkədarlara ödənc verməli idilər. Onlar ödənc məbləğinin 20%-ni dərhal ödəyir, qalan 80%-i isə kəndlilərin əvəzindən mülkədarlara dövlət tərəfindən verilirdi. Dövlətin kəndlilərə verdiyi bu "borc"u onlar 49 il ərzində faizlə qaytarmalı idilər. 1864-cü ildə quberniya və qəza miqyasında seçkili hakimiyyət orqanları olan zemstvo idarələri yaradıldı. Buraya əhalinin bütün təbəqələrinin nümayəndələri daxil idilər. Zemstvolar qəza və quberniya ərazisində ancaq təsərrüfat və mədəniyyət məsələləri ilə məşğul olurdular. 1864-cü ildə məhkəmə islahatı da keçirildi. Məhkəmə islahatı məhkəmənin hökumət orqanlarından asılı olmadığını elan edirdi: hakim hökumət tərəfindən təyin edilsə də, öz vəzifəsindən yalnız məhkəmənin qərarı ilə kənar edilə bilərdi. Məhkəmə iclasları açıq keçirilirdi. Bu islahat 60–70-ci illərin islahatları içərisində daha ardıcıl burjua islahatı idi. xıx əsrin ortalarında Rusiyanın xarici siyasətində əsas məsələ "Şərq məsələsi" idi.
Bu məsələnin mahiyyətini Osmanlı imperiyasının hakimiyyəti altında olan torpaqların bölüşdürülməsi və Yaxın Şərqdə təsir dairəsi uğrunda Avropanın böyük dövlətləri arasında gedən mübarizə təşkil edirdi. Fələstindəki müqəddəs yerlər üstündə mübahisə (Fələstin Osmanlı imperiyasına daxil idi-red.) Rusiyanın Osmanlı imperiyası ilə yeni hərbi toqquşması üçün bəhanə oldu. 1853-cü ilin oktyabrında Krım müharibəsi başlandı. Müharibənin birinci mərhələsində ən mühüm hadisə 1853-cü il noyabrın 18-də Sinop buxtasında dəniz vuruşması idi. Bu, yelkənli hərbi donanma tarixində sonuncu döyüş oldu. Rus donanması döyüşdə qalib gəldi. Bu hadisə İngiltərə və Fransanın müharibəyə qoşulmasını sürətləndirdi. Hər iki dövlət 1854-cü ilin martında Rusiyaya müharibə elan etdi. Prussiya və Avstriya isə Rusiyadan Dunay knyazlıqlarından öz qoşunlarını çıxartmağı tələb etdilər. 1854-cü ilin sentyabrında müttəfiqlərin ordusu Sevastopol üzərinə hücuma keçdi. 1855-ci ilin sentyabrında Sevastopol ələ keçirildi. Krım müharibəsində Rusiya biabırcasına məğlub oldu. Bu müharibədə Rusiyanın məğlubiyyətinin əsas səbəbləri iqtisadi və hərbi-texniki gerilik idi. 1856-cı ilin martında Parisdə müttəfiqlərlə Rusiya arasında sülh müqaviləsi imzalandı. müqaviləyə görə Rusiya Qara dənizdə hərbi donanmaya, sahillərdə isə qalalara sahib olmaq hüququndan məhrum edilirdi. Osmanlı imperiyasının ərazi bütövlüyü təmin edilirdi. Dardanel boğazı və Qara dəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan olunurdu. Krım müharibəsi Rusiyanın xarici siyasət sisteminə zərbə endirdi və onun beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurdu.
Krım müharibəsində sonra Rusiyanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi. 1871-ci ildə Londonda keçirilən beynəlxalq konfransda Rusiya yenidən Qara dəniz sahillərində qalalar tikmək və orada hərbi donanma saxlamaq hüququ aldı. Balkan yarımadasında Rusiyanın işğalçılıq planlarının güclənməsi nəticəsində 1877–1878-ci illərdə yeni Rusiya-Osmanlı müharibəsi baş verdi. Bu müharibə-Osmanlı imperiyasının məğlubiyyəti ilə nəticələndi. Rusiya Osmanlı dövləti ilə 1878-ci ilin martında San-Stefano sülh müqaviləsini imzaladı. Bu sülh müqaviləsinin şərtlərinə görə Bolqarıstanın şimal hissəsi müstəqil dövlət elan edildi. Çernaqoriyanın və Serbiyanın müstəqilliyi Osmanlı dövləti tərəfindən tanındı. Rumıniya müstəqil dövlət oldu və Şimali Dobruca ona verildi. Qars vilayətini və Bessarabiyanı Rusiya ələ keçirdi.xx əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı xeyli sürətlənmişdi. Rusiyada sindikatlar sayca üstünlüyə malik idilər. Inhisarlarla sıx əlaqədə olan iri banklar ölkədə həlledici rol oynamağa başlamışdılar. 1904–1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində rus ordusunun ağır məğlubiyyəti ölkədə mövcud quruluşa qarşı narazılığı kəskin surətdə artırmışdı. Bu narazılıq özünün ən kəskin təzahürünü 1905–1907-ci illərdə baş vermiş burjua-demokratik inqilabında tapdı. İnqilabın qarşısında mütləqiyyətin devrilməsi və respublika elan edilməsi, mülkədar torpaq sahibliyinin ləğvi, demokratik hüquq və azadlıqların elan edilməsi, milli zülmün ləğvi və xalqlara öz müqəddəratını təyin etmə hüququnun verilməsi kimi mühüm vəzifələr dururdu.
1905-ci il yanvarın 9-dan dekabrınadək davam edən inqilabın birinci mərhələsində inqilab özünün ən yüksək pilləsinə qalxmışdı. Həmin ilin iyununda Qara dənizdə "Potyomkin" gəmisinin matroslarının güclü üsyanı baş verdi və amansızlıqla yatırıldı. İmerator II Nikolay 1905-ci il oktyabrın 17-də əsas siyasi azadlıqları bəyan edən Manifest imzalamağa məcbur oldu. Inqilabın birinci mərhələsinin zirvəsini Moskva silahlı üsyanı təşkil etmişdi. 1906–1907-ci illərdə fəaliyyət göstərmiş I və II Dövlət Dumalarının islahat tələblərindən hökumət ciddi narahatlıq keçirirdi. Ona görə imperator 1907-ci il iyunun 3-də II Dumanı qovdu. Bu inqilabın sonu demək idi. birinci rus inqilabı öz qarşısına qoymuş olduğu əsas vəzifələrdən heç birini yerinə yetirə bilmədi. Birinci rus inqilabı göstərdi ki, hökumətin kənddə sosial dayağı yoxdur. Icma torpaqlarının qarət edilməsi hesabına qolçomaqları kənddə mütləqiyyətin dayağına çevirmək siyasətinə keçilməsi qərara alındı. Bu siyasət tarixdə Stolıpin aqrar islahatları adını almışdı. 1906-cı ildə Nazirlər Şurasının sədri təyin edilmiş P. A. Stolıpin öz dövrünün böyük islahatçısı idi. Onun keçirdiyi torpaq islahatı Rusiyanın iqtisadi geriliyinin mənbəyi olan kəndli icmalarının aradan qaldırılmasına yönəldilmişdi. II Nikolayın 1906-cı il noyabrın 9-da icmaların dağıdılması haqqında fərmanı 1910-cu il iyun qanunu ilə qüvvəyə mindi. Bu qanunla Rusiya kəndində icmalar məcburi surətdə ləğv edilir və kəndlilər sərbəst surətdə icmanı tərk etmək, öz pay torpağına malik olmaq hüququ əldə edirdilər.
Bu tədbir kənddə sosial təbəqələşmə prosesini gücləndirdi. Birinci dünya müharibəsi ərəfəsində Rusiya yeni sarsıntılar içərisində idi.
1917-ci il Oktyabr inqilabından sonra keçmiş Rusiya imperiyasının ərazisində bir neçə formal respublikalar yaranmışdı. 1922-ci ildə həmin respublikalar Sovet Sosialist Respublikaları İttifaqı(SSRİ) çərçivəsində birləşmişlər.
1991-ci ildə SSRİ dağılmış və onun yerində 15 müstəqil dövlət, o cümlədən müasir sərhədləri ilə Rusiya Federasiyası yaranmışdır. SSRİ dağıldıqdan sonra Rusiya yeni istiqamət olan bazar iqtisadiyyatı cəmiyyətini bərqərar etmək yolunu götürdü. 1991-ci ilin oktyabrında iqtisadi islahat proqramı elan olundu və 1992-ci ilin əvvəlindən həyata keçirilməyə başlandı. İslahat proqramında qiymətlərin liberallaşdırılması, daxili və xarici ticarətin dövlət inhisarından çıxarılması və özəlləşdirilmənin həyata keçirilməsi nəzərdə tutulurdu. Dekabrda Rusiya özünü SSRİ-nin varisi və qalan qızıl ehtiyatı da daxil olmaqla ərazisindəki bütün mülkiyyətin sahibi olduğunu elan etdi. 1992-ci ilin yayında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramı təsdiq edildi. Həmin proqramın həyata keçirilməsi nəticəsində 40 min müəssisə özəlləşdirildi. Bankların sayı 2.000-ə, birjaların sayı 303-ə çatdı. Oktyabrın 1-dən bütün rusiyalılara özəlləşdirmə qəbzləri verilməyə başlandı. Bu şəraitdə istehsalın azalması, qiymətlərin yüksəlməsi baş verdi. 1992-ci ildə istehsal sənayedə 16,2%, kənd təsərrüfatında 4% azaldı. 1993-cü ildə 1990-cı ilə nisbətən milli gəlir 57%, sənaye istehsalı 63%, kapital qoyuluşu 43% aşağı düşdü. Cəmiyyətin varlılara və yoxsullara bölünməsi prosesi sürətləndi. İşsizlərin sayı 8 milyona çatdı. Qiymətlərin liberallaşdırılması nəticəsində 1993-cü ildə qiymətlər 100 dəfədən çox artdı, inflyasiya 20–25% təşkil edirdi. Siyasi sistemdə də dəyişikliklər baş verdi. Sovet Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Ölkədə çoxpartiyalılıq təşəkkül tapmağa başladı. Milli quruculuqda dəyişikliklər yarandı. 1993-cü ilin yayında qəbul olunmuş konstitusiyaya görə Rusiya Federasiyası tərkibinə 21 respublika, 6 diyar, 49 vilayət, 11 muxtar vilayət var idi. Bir sıra milli regionlar, o cümlədən Tatarıstan, Başqırdıstan, Yakutiya, Çeçenistan asanlıqla Federasiyadan çıxmaq xəttini götürdülər. 1992-ci il martın 31-də RF ilə Federasiya subyektləri arasında federativ müqavilələr imzalandı. Tatarıstan və Çeçenistan həmin müqaviləni imzalamaqdan imtina etdilər. Başqırdıstan müəyyən şərtlərə müqaviləni imzaladı.