Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) ( 27 mart 1958, Gülüstan, Culfa rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999)[mənbə göstərin].
Həsən Ağasoy | |
---|---|
Doğum adı | Həsən Ağayev |
Doğum tarixi | |
Doğum yeri | Gülüstan kəndi, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1979–indiyə kimi |
Təhsili | |
Teatr | Naxçıvan Dövlət Musiqili Dram Teatrı |
Mükafatları |
Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.
1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb[1][mənbədə yoxdur]. 2005–2010-cu illərdə[2], 9 may 2018-ci ildə[3] və 6 may 2023-cü ildə[4] Prezident Mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Tərəqqi" medalına layiq görülüb.
Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoyun oynadığı rolların bir qismi:
Müəllifin adı | Əsər | Oynadığı rol |
---|---|---|
Hüseyn Cavid | "Ana" | Orxan |
"İblis" | İblis | |
"Uçurum" | Əkrəm bəy | |
"Şeyda" | Əşrəf bəy | |
Şeyx Sənan | Simon, Dərviş | |
Zessinq | Müdrik Natan | Natan |
Çingiz Aytmatov | Manqurt | Yedigey |
Cəlil Məmmədquluzadə | "Dəli yığıncağı" | Fazil |
Nəriman Nərimanov | "Nadanlıq" | Hacı Abdulla |
"Nadir şah" | Cavad | |
Nəriman Həsənzadə | "Atabəylər" | Nizami Gəncəvi |
Taleh Həmid | "Yəhya bəy Dilqəm" | Böyükağa |
Elçin Əfəndiyev | "Arılar arasında" | Baba |