Həsən Bitnəz

Həsən Bitməz (15 dekabr 1969, Girəsun ili14 dekabr 2023[1], Ankara ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[2]

Həsən Bitməz
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
2 iyun 2023 – 14 dekabr 2023
Seçki dairəsi2023Kocaeli
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1969(1969-12-15)
Doğum yeri
Vəfat tarixi 14 dekabr 2023(2023-12-14)[1] (53 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Əfəndi qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həsən Bitməz 1969-cu ildə Giresun ilində anadan olub. Gebze İmam-Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti Usuliddin Bölməsindən məzun olub.[2]

Gebze İmam-Hatip Liseyi Məzunları Dərnəyinin qurucu prezidenti, 1999–2004-cü illərdə Milli Gənclər Fondunun (MGV) sədr müavini, 2000-ci ildə Anadolu Gənclər Fondunun qurucu üzvü, 2006–2010-cu illərdə Beynəlxalq İslam Tələbə Qurumları Federasiyasının (IIFSO) İdarə Heyətinin üzvü və 2010–2014-cü illərdə qurumun Məclisinin sədri, 2008–2010-cu illərdə Beynəlxalq Gənclər Forumunun sədri vəzifələrində çalışıb. Ölümünə qədər İqtisadi-Sosial Araşdırmalar İnstitutunda (ESAM) Müşahidə Şurasının üzvü və İslam Birliyi Araşdırma İnstitutunun (İSBAM) prezidenti idi.[2]

Siyasi fəaliyyəti ərzində Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Rifah Partiyasında Gebze ilçə şöbəsinin sədri vəzifəsində çalışıb. Səadət Partiyasının sədr müavini idi.[2]

2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Kocaeli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[2]

İngiliscə bilirdi. Evli və 1 uşaq atası idi.[2]

2023-cü il dekabrın 12-də Türkiyə Böyük Millət Məclisinin tribunasında HƏMAS-İsrail müharibəsi ilə bağlı çıxışından sonra huşunu itirmişdir. Ürəyi dayanan Həsən Bitməz reanimasiyaya aparılmış, 14 dekabr 2023-cü ildə 53 yaşında müalicə aldığı xəstəxanada vəfat etmişdir.[2] Elə həmin gün TBMM-də Həsən Bitməz üçün vida mərasimi baş tutmuş, 15 dekabr 2023-cü il tarixində isə Fatih məscidində cənazə namazından sonra Əfəndi qəbiristanlığında dəfn edilmişdir.

  1. 1 2 https://www.aa.com.tr/tr/politika/saadet-partisi-kocaeli-milletvekili-hasan-bitmez-vefat-etti/3082220.
  2. 1 2 3 4 5 6 7 TBMM. "Hasan BİTMEZ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.