Həsən Xalıqverdi oğlu Hüseynov (Hacı Həsən Hüseyni; 25 aprel 1970, Sobu, Zəngilan rayonu) — Azərbaycanlı publisist, tədqiqatçı, ilahiyyatçı, islamşünas; "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiri (2019); Qarabağ müharibəsi qazisi; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və "Dirili Qurbani" məclisinin üzvü.
Həsən Hüseyni | |
---|---|
Təxəllüsü | Hüseyni |
Doğum tarixi | 25 aprel 1970 (54 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | xristian din xadimi[d], yazıçı, publisist, tədqiqatçı |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hacı Həsən Hüseyni 1970-ci ildə aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dünyaya gəlmişdir. 1985-ci ildə Sobu kənd səkkiz illik məktəbi bitirərək, elə həmin il təhsilini Bakı şəhər 5 nömrəli Kimya-biologiya respublika təmayüllü internat məktəbində davam etdirməyə başlayır və 1987-ci ildə təmayülü bitirir.[1] 1990-cı ildə xidmətini birtirib qayıtdıqdan sonra Bakı Poladəritmə zavodunda ilk əmək fəaliyyətinə başlamışdır. Daha sonra H. Z. Tağıyev adına Toxuculuq Fabrikində çalışmışdır.
2003–2008-ci illərdə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində ali təhsil alıb. 2006-cı ildə müqəddəs Həcc ziyarətini ziyarət edib.[2]
Tam orta təhsilini bitirdikdən sonra 1988-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Altı ay serjant məktəbində oxuduqdan sonra hərbi xidmətini Almaniyadakı sovet qoşunları kontingentində davam etdirmişdir.[3]
1992-ci ildə Xətai rayonu Hərbi Komissarlığına könüllü cəbhədə döyüşmək üçün müraciət edir. O, əvvəlcə Biləcəriyə, oradan isə Qobu poliqonuna hərbi təlim üçün göndərilir. Burada bir müddət təlim keçdikdən sonra Qubadlı-Zəngilan korpusunda Qubadlı rayonu ərazisinə göndərilir. Daha sonra doğulduğu Zəngilan rayonuna göndərilir.[4]
Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq cəbəhəyə yola düşür. Qubadlı, Zəngilan istiqamətində gedən ağır döyüşlərdə vuruşur. 1993-cü ilin aprelin 17-də Berr dağı ətəyində gedən ağır döyüşdə güllə yarası alır. Uzun müddət Bakı şəhərində müalicə aldıqdan sonra Əlillərin Bərpa Mərkəzinə köçürülür. I qrup Qarabağ əlili kimi 6 il yataq xəstəsi olub.[5]
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Xətai rayon Əlillər Cəmiyyətinin üzvüdür.
Hacı Həsən Hüseyni tədqiqatçı kimi bir çox kitabların, dəyərli yazıların və elmi-tədqiqat əsərlərinin müəllifidir.
2015–2016-cı illərdə "Ulu Zirvə" qəzetinin redaktoru işləmişdir. "Paklıq" qəzetinin baş redaktorunun müavini, 2019-cu ildən isə "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiridir.
Məqalələri "Olaylar", "İki sahil", "Nəbz", "Təzadlar", "Bütöv Azərbaycan", "Dərələyəz" qəzetlərində və "Dua və ibadət", "Qızıl Zəngilan", "Xəzan", "Qarapapaqlar", "Mədəniyyət" əbədi-bədii jurnallarında mütəmadi dərc olunur.
"Dirili Qurbani" məclisinin üzvüdür.
Həsən Hüseyni "Qızıl qələm", "Xalqın Nüfuzlu Ziyalısı", "Azərbaycan Bayrağı Mükafatı", "Ziya" fəxri diplomları və "Xətai", "Nəsimi" ali media mükafatı ilə təltif olunmuşdur.
"Qarabağ Uğrunda", "Milli Ordu 100 il", "Zəfər Bayrağı" (25.04.2022) və "Xarı Bülbül" medalları ilə təltif olunub.
27 iyul 2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.