Həsən Sultanov (Vəkilov) (1 yanvar 1936, Danzik, Naxçıvan MSSR – 27 iyun 2020, Bakı) — fəxri hüquq doktoru.
Həsən Sultanov (Vəkilov) | |
---|---|
Həsən Əli bəy oğlu Sultanov | |
Doğum tarixi | |
Doğum yeri | Danzik, Şərur, Naxçıvan MR |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Atası | Vəkilov Əli bəy Sultan bəy oğlu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | hüquq |
Təhsili |
Lenin adına Pedaqoji İnstitut Bakı Dövlət Universiteti |
Tanınır | vəkil |
Həsən Sultanov (Vəkilov) 1 yanvar 1936-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonu, Danzik kəndində anadan olub. Atası Vəkilov Əli bəy Sultan bəy oğlu bəy ailəsi olduğu üçün 1937-ci il tarixdə Qazaxıstana sürgün edilmək adı ilə aparılaraq Ermənistan SSR ərazisində gülələnmişdir. İlyas Vəkilovun qardaşı oğlu, Leyla Vəkillinin əmisi oğludur[1].
Həsən Vəkilov repressiya dönmələrində Vəkilovlar nəslinə qarşı aparılan ağır repressiya vaxtı babası Sultan bəy Vəkilovun adını özünə soyad kimi götürərək Sultanov soyadı götürmüşdür.
Həsən Sultanov İbtidai təhsilini Danzik kənd Orta məktəbində alıb.1943/1945-ci illərdə Ordubad pedeqoji İnstitunu bitimişdir. Bundan sonra Şərur rayonu Danzik kəndində orta məktəbdə ibtidai sinif müəllimi kimi 4 il çalışıb. 12 iyul 1963-cü il tarixdə Lenin adına Pedaqoji İnstitutu bitirmişdir. Bundan sonra 1968-ci il tarixdə Bakı Dövlət Universitetinin hüquq fakultəsini qırmızı diplomla bitimişdir[2].
Həsən Sultanov 27 iyun 2020-ci il tarixində vəfat etmişdir.
16 fevral 1972-ci il tarixdə Azərbaycan SSR-nin Baş Prokurluğunun əmri(əmr №37) ilə prokurorluğ sırlarına xidmətə qəbul edilmişdir. Azərbaycan SSR-nin Baş Prokurluğunun 28 iyul 1972-ci il tarixli əmri (əmr №230) ilə Naxçıvan MSSR-in Baş Prokurorluğunun baş müstəntiqi vəzifəsinə qəbul edilmişdir. 14 sentyabr 1976-cı il tarixdən Azərbaycan SSR-nin Vəkillər Kollegiyasının Reyasət Heyətinin üzvlüyə qəbul olmuşdur. 1977-ci il tarixdən vəkkilik fəaliyyətinə Saatlı Rayon Hüquq Məsləhətxanasının (əmr №5) müdiri vəzifəsinə təyin edilib. 06 may 1983-cü il tarixdən Bakı Şəhəri 3 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsinə təyin edilmişdir. 2004–2011-ci illərdə isə 13 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır[3].