Həsənov İbrahim Ruhulla oğlu

Həsənov İbrahim Ruhulla oğlu - İbrahim Həsənov sənətsevərlər arasında çoxşaxəli rəssamheykəltaraş kimi tanınır. Onun yaradıcılıq yolu müxtəlif istiqamətlərdə aparılan axtarışlarla formalaşıb. Onun ilk fərdi sərgisi 1990-cı ildə Bakıda təşkil olunub. Sərgidə rəngkarlıq, heykəltaraşlıq, qrafika və yaradıcılığına yeni nəfəs gətirən, sənətşünasların dili ilə desək “yumşaq heykəltaraşlıq” janrı sənətsevərlərin marağına səbəb oldu. Bu onun sənətdə açdığı yeni yol idi. Norveçdən, Almaniyadan, qardaş Türkiyədən və digər ölkələrdən bu janra böyük maraq göstərilirdi.

İbrahim Hasanov
Doğum tarixi
Doğum yeri Bakı
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi; Azərbaycan Dövlət İncəsənət Universiteti
Janrlar rəngkarlıq, heykəltaraşlıq, qrafika, yumşaq heykəltaraşlıq
Stillər avanqard, abstraksionizm, ekspressionizm

Sənətkarın ikinci fərdi sərgisi 1991-ci ildə Böyük Britaniya Krallığında, London şəhərində baş tutdu. Nümayiş olunan bütün əsərlər London muzeyi tərəfindən alındı. İbrahim Həsənov 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1995-ci ildə Türkiyənin baş naziri Tansu Çillər onu şəxsən Türkiyədə işləməyə, yaşayıb-yaratmağa dəvət etdi. Onun emalatxanasında çoxlu layihələrə, eskizlərə rast gəlmək olar. Bunlardan Nuru PaşaQafqaz İslam Ordusuna həsr olunmuş kompleks layihəni, bir çox sərgilərdə sərgilənmiş Azərbaycan əsgərinə həsr olunmuş “Təcavüzə son” layihəsini, Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş layihələri xüsusi qeyd etmək yerinə düşər.

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsənov İbrahim Ruhulla oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi, 1982-ci ildə də Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. 1990-cı ildə Bakıda ilk fərdi sərgisi təşkil olunmuşdur.

1991-ci ildə də Londonda sərgisi keçirilmişdir. Sərgidə yumşaq heykəl üslubunda işləri London Şərq Muzeyi kolleksiyasına daxil edilmişdir. 1996-cı ildə Bakıda şəhidlərə həsr etdiyi abidə ucaldılmışdı. Bakı və digər bölgələrdə o cümlədən 2020-ci ildə Şamaxıda Mirzə Ələkbər Sabirin büstü ucaldılmışdı. Əsərləri İngiltərə, İsveçrə, Almaniya, Türkiyə, və Yaponiyada şəxsi kolleksiyalarda saxlanılır.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İbrahim Həsənovun bir çox yaradıcılıq nümunəsi xarici ölkələr tərəfindən alınıb və bir çoxu şəxsi kolleksiyalarda saxlanılır. Sənətkarın daşdan yonulmuş “Gözləmə” əsəri Tokio şəhərindəki Şərq Muzeyində saxlanılır. Bu təvazökar, qaynar təbiətli sənətkar həm də xeyriyyəçi rəssam kimi də tanınır. Belə ki, o bir neçə Qarabağ müharibəsi şəhidlərinin büstlərini təmənnasız hazırayıb. Bu əsərlər arasında Qəbələ şəhərində Mübariz İbrahimovun büstü, Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə yüksələn böyük abidə və digər bu kimi təmənnasız işləri onun nə qədər vətənpərvər, kamil rəssam təfəkkürünə, geniş dünya görüşünə sahib olmasının sübutudur.

Azərbaycanın bir çox şəhər və rayonlarında sənətkarın monumental əsərlərinə rast gəlmək olar. Son illərdə hazırlanan, görkəmli satirik şair Mirzə Ələkbər Sabirin 3 metrlik heykəli şairin ev muzeyinin önündə qoyulmuşdur. Eyni zamanda 2018-ci ildə Mehdiabad qəsəbəsində atçılıq klubu önündə ucalan əzəmətli kompazisiyada bu qəbildəndir.

Sərgiləri[redaktə | mənbəni redaktə et]

1990-cı ildə Bakıda ilk fərdi sərgisi təşkil olunmuşdur. İkinci fərdi sərgisi 1991-ci ildə Böyük Britaniya Krallığında, London şəhərində baş tutub. Nümayiş olunan bütün əsərlər The Museum of London[1] tərəfindən alınıb.

  1. https://en.wikipedia.org/wiki/Museum_of_London