Həsənqulu Qasımov

Həsənqulu Qaçay oğlu Qasımov, və ya Həsən Qorxmaz (9 iyun 1969, Qayalı, Qubadlı rayonu10 dekabr 1992, Qubadlı rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.

Həsənqulu Qasımov
Şəxsi məlumatlar
Digər adı Həsən Qorxmaz
Doğum tarixi 9 iyun 1969(1969-06-09)
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1992(1992-12-10) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Atası Qaçay Qasımov
Hərbi fəaliyyəti
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu.[1] 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdir.[1] 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.[1]

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Almaniyadan tərxis olunduqdan sonra Azərbaycanın müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı.[1] Qasımov Laçın şəhəri işğal olunarkən el arasında "Qorxmazçılar" adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən çıxarmışdır. Sonra Qasımovun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi.[1] O, bunda sonra ömrünün sonuna qədər Ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və onun ətrafını müdafiə etmişdir.[1] Bununla belə onun taqımı nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar nöqtələrinə köməyə də göndərilirdi.[1]

Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu.[1] Saat təxminən altı radələrində, qəflətən güclü artilleriya hücümu başladı. O, döyüşçülərə öz mövqelərinə çəkilməyə əmr verib, özü səngərə doğru qaçdı. Həmin vaxt düşmənlərin atdığları mərmilərdən biri onun yanında partladı. Onun yanına yetirən tibb bacısının səylərinə baxmayaraq, Həsənqulu Qasımov həlak oldu.[1] Qubadlı Şəhidlər xiyabanında dəfn edilib.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Subay idi. Qarabağ müharibəsi zamanı alnına bağladığı yaşıl lentdə "Həsən Qorxmaz" yazısı var idi.[1] Şəhid olan gününə kimi lenti alnından heç açmamışdır.[1]

Həsən Qorxmaz ləqəbini böyük bir hadisə ilə bağlı olaraq özü qəbul etmişdir. 1992-ci il mayın 18-də 100 nəfərlik dəstə ilə Laçın şəhərinə girmək istəyən Qasımova qarşı təxribat törədilmiş və güllələr komandirini qoruyan cəsur Qorxmaz Baxşıyevin sinəsini yaralamışdır.[2] Qasımov sürücü Qorxmaz Baxşıyevlə Şuşada tanış olmuşdur.[2] Cəsurluğu və qorxmazlığı ilə öz adını doğruldan Qasımov komandirinin həyatını öz həyatı bahasına xilas etdiyindən, ona "Qorxmaz" ləqəbi verilmişdir.[2]

2015-ci il 27 yanvarda yazıçı Şərqiyyə Ziyadqızı Həsənqulu Qasımova həsr etdiyi "Yarmçıq qalmış nəğmələr" adlı kitabının təqdimat mərasimi keçirilib.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

1994-cü il oktyabr ayının 4-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Həsənqulu Qasımov haqqında". www.tehmez-evezoglu.com. ww.tehmez-evezoglu.com. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
  2. 1 2 3 "Həsənqulu Qasımov". www.tehmez-evezoglu.com. www.tehmez-evezoglu.com. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  3. ""Yarımçıq qalmış nəğmələr"in təqdimatı..." www.tezadlar.az. www.tezadlar.az. İstifadə tarixi: 31 December 2015.[ölü keçid]