Qayalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd.[1]
Qayalı | |
---|---|
39°23′09″ şm. e. 46°33′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
31 avqust 1993 - ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
10 noyabr 2020 - ci ildə Azərbaycan və Ermənistan dövlətləri arasında bağlanmış atəşkəs müqaviləsinə əsasən Azərbaycana geri verilmişdir.
Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2 Qayalı kəndinin qədim adı Qarıkahası olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaşdıqdan sonra kənd Qarıkahalı Qayalı adlanmışdır. Bir müddət keçəndən sonra kəndin adındakı Qarıkahalı komponenti ixtisara düşmüşdür. Azərbaycanda "qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur. "Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" və "-lı" komponentlərindən ibarətdir. Qaya müsbət relyef mənası bildirən termindir. Kənd ərazisindəki qayalarda çoxlu mağaralar da olmuşdur. Kəndin Qayalı adlanması çox güman ki, ərazinin qayalıq olması ilə əlaqədardır.
Qayalı kəndi Qarabağ yaylasmdadır. Keçmiş adı Qankahası olmuşdur. XIX əsrdə indiki Ermənistan ərazisindəki Sisyan r-nunda mövcud olmuş Qayalı kəndindən zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri buraya köçüb məskunlaşdıqdan sonra Qankahalı Qayalı adlanmış, sonralar Qankahalı komponenti ixtisara düşmüşdür.[2]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 22 evdə 132 kürd yaşayırdı ki, onlardan 81-i şiə, 51-i isə sünni idi.[3]
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |