Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Aşağıdakı seriyaya aiddir: |
Antenalar |
---|
Radiasiya mənbələri /
regionları |
Həvəskar radiorabitə – texniki bir xobbidir, qeyri professional operatorlar arasında, onlar üçün xüsusi ayrılmış radiotezliklərdə, radiorabitə keçirmək, texniki araşdırmalar aparmaq, özünü bu sahədə təkmilləşdirmək , və bundan heç bir maddi qazanc əldə etməmək və s. Bu xobbi ilə dünyada milyonlarla insan məşqul olur. Onları həmdə radiohəvəskar adlandırırlar.
Bizim ölkədə ilk radiohəvəskarlar keçən əsrin 20-illərində fəaliyyətə başlamışdılar. Hal hazırda ölkəmizdə 70-ə yaxın radiohəvəskar var. Onlar ölkəmizi beynəlxalq radiohəvəskar radiotezliklərində, təmsil edirlər. Bu xobbi eyni zaman həmdə bir idman növüdür. Hər il minlərlə radiohəvəskar yüksək nəticə qazanmaq üçün, öz radiostansiyaları qarşısında çalışırlar. Keçən əsrin 60-80 illərdə yerli radiohəvəskarın sayı 200-ə çatmışdı. Bakıda, Sumqayıtda, Gəncədə, Kürdəmirdə bir neçə radioklub və kollektiv stansiyalar fəaliyyət göstərirdi. Hal hazırda cəmi iki kollektiv stansiya fəaliyyət göstərir-Bakı mərkəzi radioklub (4K0HQ) və Gəncə kollektiv stansiyası(4K2GG).
Radiohəvəskar ona verilən lisenziya(icazə) əsasında efirə çıxır və efirə çıxarkən, ona verilən çağrı işarəsindən istifadə edir. Lisenziyanı ölkənin adiəti orqanı verir. Lisenziyanı almaq üçün,efirdə işləmək qaydaları imtahanı vermək lazımdır, bəzi halda Morze əlifbasının biliyinidə nümaiş etmək lazımdı.
Beynəlxalq Radiohəvəskar İttifaqının planına görə, 1-ci Regionun radiohəvəskarlarına ayrılıran diapazonlar aşağıda göstərilir. DRİ(Dövlət Radiotezliklər İdarəsi) Azərbaycan Respulikasında radiohəvəskarların diapazonlarda işləmək icazəsin təyin edir.
Uzun dalğalar Diapazon 136KHz (2,2 km): 135,7-137,8KHz .
Orta dalğalar Diapazon 472—479 KHz (630 m). Azərbaycanda hələ icazə verilmir.
Qisa dalğalar Diapazonlar
10 18 25 MHz diapazonlarında yarışma keçırmələri qadağandır.
Ultraqisa dalğalar
"Mülki diapazonların"- (CB, LPD, PMR) həvəskar rabitəilə əlaqəsi yoxdur.