Həyat, sən kiminsən? — 1972-ci ildə Əmirhüseyn Məcidov tərəfindən ekranlaşdırılmış dram filmi.
Həyat, sən kiminsən? | |
---|---|
Fayl:Həyat, sən kiminsən? (film, 1972).jpg | |
Janr | dram filmi |
Rejissor | Əmirhüseyn Məcidov |
Ssenari müəllifi | Firudin Ağayev |
Baş rollarda |
Tariyel Qasımov Zemfira İsmayılova Fazil Bayramov Nazim Abbas |
Operator | Karlen Orucov |
Bəstəkar | Ramiz Mirişli |
Rəssam | Faiq Cəfərov |
İstehsalçı | "Ekran" |
İlk baxış tarixi | 1972 |
Filmin növü | qısametrajlı bədii televiziya filmi |
Müddət | 32 dəq. |
Dil | Azərbaycan dili |
İl | 1972 |
Texniki məlumatlar |
3 hissə 840 metr 35 mm |
Rəng | ağ-qara |
Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir.
Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur.
Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.