Tariyel Qasımov (4 fevral 1939, Köçəsgər, Ağstafa rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının xalq artisti (1991).[1][2]
Tariyel Qasımov | |
---|---|
Tariyel İsgəndər oğlu Qasımov | |
Doğum tarixi | 4 fevral 1939 (85 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları |
|
IMDb | ID1076981 |
Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi olarkən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə — Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda oxuyarkən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.[3] 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. "Azərbaycanfilm"dən başqa "Türkmənfilm", "Tacikfilm", "Özbəkfilm", "Mosfilm", "DEFA" (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab" (1969–1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), "Qızıl rəngi" (1975, Türkmənfilm), "Çilidə gecə" (1982, Mosfilm), "Əlvida, yaşıl yay" (1983, Özbəkfilm), "Həyatın mənası" (1983, Özbəkfilm, 2 seriyalı), "Odlu yollarla" (1981–1983, Özbəkfilm, 17 seriyalı), "Sahib" (1983, Özbəkfilm), "Sonya raport verir" (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard).