Həyatın anlamı

Pol Qogenin ən məşhur postimpressionizm əsərlərindən Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik? rəsm əsəri.

Fəlsəfi bir sual olan "Həyatın mənası nədir?" sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və "məna" sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: "Həyatın mənşəyi nədir?", "Kainatın və həyatın təbiəti nədir?", "Həyatı dəyərli edən nədir?", "İnsan həyatının məqsədi nədir?" Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teolojimənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir.

Başqa bir nəzəriyyəyə görə, "həyatın mənası" problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar.

Məşhur fikirlər

[redaktə | mənbəni redaktə et]

Bir çox insan müəyyən bir dövrdə özlərinə "həyatın mənası nədir?" sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır:

Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar

  • … gəlirlərin artması və sosial statusun yüksəldilməsi.
  • … başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq
  • … səni incidənləri yox etmək və ya pasifist olmağa çalışmaq
  • … Yaşamaq
  • … öz ailənizi və ya başqasının ailəsini qorumaq
  • … güc qazanmaq və gücdən istifadə etmək
  • … kitab və ya rəsm kimi sənət əsərlərini miras qoymaq/buraxmağa çalışmaq
  • … fiziki, maddi və ya əqli azadlıq əldə etmək
  • … məşhur olmaq
  • … çox övladlı olmaq

Hikmət və bilik

  • … mütəmadi sual vermək və ya sual verməmək
  • … hüdudlardan kənarları araşdırmağa çalışmaq
  • … kiminsə səhvlərindən nəticələr çıxarmaq
  • … daimi olaraq həyatın mənasını başa düşməyə və anlamağa çalışmaq
  • … bir insanın baxış bucağını/dünyagörüşünü dəyişdirmək

Əxlaqi

  • … mərhəmət göstərmək
  • … başqaları ilə və təbiətlə dinc şəraitdə yaşamaq
  • aşiq olmaq
  • … aşiq etdirmək
  • … fəzilətli olmağa çalışmaq
  • … digər insanlara xidmət etmək
  • … ədalət üçün çalışmaq

Dini və mənəvi.

  • … mənəvi rahatlığa çatmaq
  • … yaxşı işlər görmək
  • … ölümdən sonra cənnətə çatmaq
  • Allaha xidmət etmək
  • … qul olmaq

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]