Hacı Xəlil — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.[2][3][4]
kənd | |
Hacı Xəlil | |
---|---|
40°38′10″ şm. e. 44°13′23″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Alagöz rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1850 |
Mərkəzin hündürlüyü | 2.100 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0401 |
Vikianbarda əlaqəli mediafayllar |
Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə[5], Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdur[7]. Ehtimal ki, həmin şəxs (Xəlil) kənd saldırıb və kənd də (Hacı Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X əsrdə salındığı qeyd edilir[8].
1850-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsaxkovit adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır və Qars əyalətində Hacı Xəlil dağının adındandır. Dağ isə oradakı "Hacı Xəlil" pirinin adı ilə adlandırılmışdır.[9] Toponim Hacı Xəlil şəxs adı əsasında formalaşmış antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15.VII.1946-cı il fərmanı ilə dəyişdirilib Tsaxkahovid qoyulmuşdur.
Bu kəndin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra, 1830-cu illərdə xaricdən köçürülən ermənilər, bu kənddə yerləşdirilmişdir[8].