Hacı bəy Sultanov

Hacı bəy Mirzə Zeynal bəy oğlu Sultanov (2 yanvar 1847, Saracıq, Şuşa qəzası2 dekabr 1920, Saracıq, Qaryagin qəzası) — Çar ordusunun polkovniki, Aşqabadın general-qubernatoru.

Hacı bəy Sultanov
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1847(1847-01-02)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 1920(1920-12-02) (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Döyüşlər
Rütbəsi polkovnik

Hacı bəy Mirzə Zeynal bəy oğlu 1847-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Saracıq kəndində anadan olmuşdur.

İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Rus ordusunda hərbi xidmətə başlamış, polkovnik rütbəsinədək yüksəlmişdi.

Son xidmət yeri Türküstan Hərbi Dairəsi olmuşdu və orada Aşqabadın general-qubernatoru vəzifəsini icra etmişdi.

Hacı bəy Sultanov doğma kəndində olarkən 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüşdü.

Hacı bəyin Məhəmməd bəy adlı oğlu vardı.

  • Ənvər Çingizoğlu, Qarabağ hərbçiləri, Bakı:Təknur, 2011,-312 səh.
  • Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.25–35.