Hacıiskəndərli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Hacıiskəndərli kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Hacıiskəndərli | |
---|---|
41°04′38″ şm. e. 48°54′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd keçmışdə Hacıiskəndərqışlaq adlanırdı. Yaşayış məntəqəsi Hacı İskəndər adlı bir Şəxsin keçmiş qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Hacı İskəndərə məxsus kənd" deməkdir.[2]
Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Şabran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |