Leyti

LeytiAzərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.Bakı-Quba yolunun 132 kilometrliyində, Gəndov kəndindən 6 km qərbdə Lətərsən dağının döşündə yerləşir. Şimaldan Pirəmsən, cənubdan Ləcədi kəndi ilə həmsərhəddir. Kənddə 1 ibtidai məktəb var. Kəndin tarixi çox qədimdir Bunu kəndin şimal və cənubunda yerləşən qəbiristanlıqlar sübut edir. Buradakı məzarlar üzərində ərəbcə yazılan yazıları oxumaq üçün xüsusi mütəxəssislər lazımdır. "Leyti" sözünün etimologiyası məlum deyil.

Leyti
41°14′07″ şm. e. 48°50′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şabran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 140 nəfər
Xəritəni göstər/gizlə
Leyti xəritədə
Leyti
Leyti

Kənddə 140 nəfər əhali yaşayır. Kənd əhalisi tatlardan ibarətdir.