Sincanboyad

SincanboyadAzərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.

Sincanboyad
41°13′20″ şm. e. 48°57′38″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 40 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sincanboyad xəritədə
Sincanboyad
Sincanboyad

Şabran rayonunun ərazisində iki Boyat kəndini bir-birindən fərqləndirmək üçün biri Uzunboyad, digəri isə Sincan kəndinin yaxınlığında yerləşdiyinə görə Sincanboyad adlandırılmışdır. Oykonim "Sincan yaxınlığındakı Boyad kəndi" mənasındadır.[1]

Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Qədim Albaniyada – Arran-Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir.

Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb DərbənddəŞabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.

Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.[2]

Kəndin əhalisi 589 nəfər təşkil edir.

  1. Sincanboyad // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  2. Sincanboyad // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.