Pirəbədil — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd.
Pirəbədil | |
---|---|
41°12′22″ şm. e. 48°47′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şabran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 510 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 (353-70) |
Poçt indeksi | AZ1718 |
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 507 nəfər yaşayırdı.[1]
13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Pirəbədil kənd iznibati ərazi dairəsində 887 nəfər yaşayır.[2]
Kəndin əhalisi 834 nəfər təşkil edir. Kəndin keçmiş sakinləri tatlar olmuşlar.[3] Şamaxı şəhərində baş vermiş dağıdıcı zəlzələdən sonra bura azərbaycanlılar köçməyə başlamışdır. Xruşovun perspektivsiz kəndləri daha böyük kəndlərə köçürmə siyasətindən sonrs isə kəndə Əhmədbulağı kəndinin əhalisi köçürülmüşdir. Dindarları müsəlman-sünnülərdir.
Kəndə tam orta məktəb fəaliyyət göstərir. Məktəb 100 ildir ki, fəaliyyət göstərir. 1912-ci ildə Dəvəçibazar nahiyəsinin ziyalılarının gərgin fəaliyyəti nəticəsində Peterburqdan alınmış razılığa əsasən Dəvəçibazar, Pirəbədil və Kilvar kəndlərində beş illik təhsil verən rus-tatar məktəbləri açılmışdır. Bu məktəblərdə dünyəvi dərslər rus dilində, şəriət dərsləri isə ərəb dilində tədris olunmuşdur.
Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.[4]
Şabran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |