Hakim Dredd (ing. Judge Dredd) — 2000 AD[11] adlı antologiya jurnalında dərc edilmiş eyniadlı komiks əsasında 1995-ci ildə çəkilmiş olan superqəhrəman döyüş filmidir.[12] Filmdə baş rolu Silvestr Stallone ifa etmişdir.[13]
Hakim Dredd | |
---|---|
ing. Judge Dredd | |
Janr | döyüş filmi[1][2][…], elmi-fantastika filmi[2][3][…], antiutopiya filmi[d], fantastika filmi, Neonuar, superqəhrəman filmi |
Rejissor | Denni Kennon |
Prodüser |
|
Ssenari müəllifi |
|
Əsaslanır | Cud Dredd komiksinə |
Baş rollarda | |
Operator | Adrian Biddl |
Bəstəkar | Alan Silvestri |
İstehsalçılar | Hollywood Pictures[d] |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Netflix |
İlk baxış tarixi | 30 iyun 1995[7], 29 sentyabr 1995[8], 24 avqust 1995[9] |
Müddət | 92 dəq. |
Büdcə | 90.000.000 $[7] |
Gəlir | 113.493.481 $[10], 34.693.481 $[10] |
Ölkə | |
Dil | ingilis dili |
Sonrakı film | Hakim Dredd (film, 2012) |
Rəng | rəngli |
IMDb | ID0113492 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin sloqanı belə olmuşdur: "Gələcəkdə bir adam — qanundur", "Bir adam — hakim, münsiflər heyəti və cəlladdır."
Aktyor | Rol |
---|---|
Silvestr Stallone | Cozef Dredd | Hakim Dredd
Armand Assante | Riko |
Rob Şnayder | Herman Ferquson Ferci |
Yurgen Proxnov | Hakim Qriffin |
Maks fon Südov | Əsas hakim Farqo |
Dayan Leyn | Hakim Herşi |
Coanna Mayls | Hakim Evelin MakQurder |
Coan Çen | İlza Heyden |
Baltazar Hetti | Olmayer |
Moris Roevz | Həbsxana müdiri Miller |
Uilson Skot | Lənətlənmiş torpaqlardakı dəniz quldurlarının rəhbəri | Angela ailəsinin atası
Ceyms Remar | Fercinin evində gizlənmişdi | Quldurların başçısı
Dreddin filmin kulminasiya nöqtəsində hakimin klonları ilə döyüşdüyü və onları vurduğu səhnə filmdən çıxarılmışdır. Bu səhnə qeyri-məlum səbəblərdən silinmiş olsa da, filmin bəzi reklamlarında klonların oyandığı və Dreddin onları vurduğu səhnələr göstərilmişdir.[14] Bu silinmiş səhnə haqqında jurnal məqaləsi belə yazılmışdır. Filmdə, həmçinin bəzi digər hissələr də kəsilmişdir.
Film tənqidçilərdən əsasən mənfi rəylər almışdır. Rotten Tomatoes filmə 54 tənqidçinin rəyinə əsasən 22% bal vermiş və filmin orta reytinqini 4/10 kimi[15] qiymətləndirmişdir.