Hakkı Saruhan Oluç (14 yanvar 1958, İstanbul) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı.[1]
Hakkı Saruhan Oluç | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — İstanbul (3.) 2023 — Antalya |
23 iyun 2015 – 30 noyabr 2015 | |
Seçki dairəsi | iyun, 2015 — Antalya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1958 (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Hakkı Saruhan Oluç 14 yanvar 1958-ci ildə İstanbulda anadan olub. Almaniyanın RWTH Aaxen Universitetindən məzun olub.[1]
Uzun illər qəzetlərdə, jurnallarda və nəşrlərdə çalışıb. Azadlıq və Dayanışma Partiyasının qurucularından olub və sədr müavini vəzifəsində təmsil olunub. Xalqların Konqresinin (HDK), YSP və HDP-nin da qurucularından olub.[1] Bir müddət HDP həmsədrinin müavini vəzifəsində də çalışıb.
Siyasi fəaliyyəti ərzində ÖDP, EDP, HDP və DEM üzvü olub.[1]
İyun 2015-ci ildə İstanbul ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə TBMM Plan və Büdcə Komissiyasının üzvü və DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.[1]
Almanca və ingiliscə bilir. Evlidir.[1]