Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır .Nəticədə müxtəlif optik hadisələr meydana gəlir. Bunlardan biri də halodur.[1]
Halo göyün üzünü lələkvari və ya lələkli-laylı buludlarla örtülü olan gündüz günəşin yaxınlığında və gecə ayın ətrafında müşahidə edilən işıqlı dairələr və ya dairə qövsüdür.Günəşə baxan dairənin daxili kənarı qırmızı rəngə boyanır. Xarici tərəfə rəng sarıya, yaşıla, maviyə keçir.Həm də dairə tutqun olur və göyün qalan ağımtıl rəngli hissələri gözə çarpmadan qovuşur.Çox vaxt halo 22° ən azı isə 45°radiuslu işıqlı dairə adətən ayrı-ayrı qövslər şəklində müşahidə edilir.[2]
Buludlarda optik hadisələr,Göy qurşağı, Qloriya,Bulud