Halqaşəkilli bulvar

Halqaşəkilli bulvar (erm. Օղակաձև Զբոսայգի), həmçinin Cavanlıq Parkı[1]Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən park.

Halqaşəkilli bulvar
erm. Օղակաձեւ Զբոսայգի
Pollavok gölü
Pollavok gölü
Məlumatlar
Parkın tipi Bulvar
Ölkə
Yerləşməsi İrəvan, Ermənistan
Sahəsi 30 ha
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tikintisi şəhərin inkişafının əsas planında 1924-cü ildə nəzərdə tutulmuşdur. Nəticədə layihə qismən həyata keçirildi. Park şimaldan, şərqdən və cənub-şərqdən şəhərin mərkəzi hissəsini əhatə edir. Bulvar Tiqran Mesa prospekti və Poplavok gölünə, şimaldan Maştots prospektinə qədər, cənubdan isə Müqəddəs Qriqor Lusaroviç Kilsəsinə qədər olan ərazini əhatə edir. Təxminən 2,5 km uzunluğa və 120 metr enə malik oraqşəkilli ərazidir.[2] Moskovyan və Xandjyan küçələri bulvarın daxili sərhədini təşkil edir. Bulvarın xarici sərhədini isə İsaakyan, Alek Manukyan və Yervand Koçar küçələri təşkil edir. Şimaldan cənuba doğru bulvar boyunca Teryan, Abovyan, Nalbandyan, Qeratsi, Vardanyan küçələri və Sayat Nova prospekti uzanır.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Bulvarda bir çox abidə qurulmuşdur. Onların arasında Avetik İsaakyanın, yazıçı və XIX əsrin inqilabçısı Mikael Nalbandyanın, şairə və XVIII əsrin musiqiçisi, erməni klassiki Sayat Novanın heykəlini görmək olar. Bulvardakı heykəllər arasında İrəvan və İtaliya şəhəri olan Karrara şəhəri arasında olan qardaşlığı simvollaşdıran Əllər kompozisiyasını görmək olar. İrəvanın nümayəndə heyəti 1962-ci ildə İtaliyaya səfərindən sonra hədiyyə edilmişdir. Bulvarın yaxınlığında İrəvanın cavab hədiyyəsinin surəti yerləşdirilmişdir. Burada dayağı iki quzu olan fəvvarəni də görmək olar. Fəvvarənin müəllifi Rafo İsraelyandır.[3][4]

Bulvarda şahmat üzrə dünya çempionu Tiqran Petrosyan adına şahmat evi və Komitas adına kamera musiqisi evi yerləşir. Bulvarın şimal hissəsində Yeritasardakan metro stansiyasının çıxışı var.

  1. "Парки Еревана на официальном сайте города". 2015-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  2. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  3. заглавие=Советская Армения. Справочник-путеводитель|издательство=Издательство ЦК КП Армении|год=1980|тираж=35 000
  4. заглавие=Путеводитель «Армения. НКР»|место=Ереван|издательство=«Тигран-Мец»|год=2012|страниц=700