Hampton by Hilton

Hampton by Hilton, əvvəllər Hampton Inn — Hilton Otellər Şəbəkəsinin ticari markası olan otel brendi.[1] Hampton otel brendi məhdud qi da və içki xidmətləri göstərən orta qiymətli otel şəbəkəsidir. Əksər Hampton otelləri müstəqil fəaliyyət göstərirlər və françayzinqlər tərəfindən idarə edilirlər, lakin bəziləri Hilton Otellər Şəbəkəsinin mülkiyyətindədir. Hampton oteli ABŞ-də ən böyük otel françayzinqlərindən biridir. Hamptonun françayzinqlərinə ABŞ-də və 16 ölkə ərazisində 2000 otel daxildir.[2]

Hampton By Hilton
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Otel
Sənaye Beynəlxalq sahədə fəaliyyət göstərən otel
Məhsulları Turizm, İnşaat
Təsis tarixi 1984 (Hampton İnn kimi)
Rəhbərlik
Rəhbərlik Hilton Otel Şəbəkəsi
Hampton Bu Hilton rəsmi internet səhifəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Liverpulda Con Lennon hava limanında yerləşən Hampton by Hilton oteli

Otel zənciri ilk dəfə 1984-cü ildə Hampton İnn kimi fəaliyyətə başlayıb və Holiday Korporasiyasının maliyyə yarımı ilə idarə edilib.[3] İlk otel Tennessi ştatının Memfis şəhərində yerləşən 2 mərtəbəli eksteryer giriş qapılı 128 qonaq otağından ibarət olan otel idi. 1989-cu illərin sonlarında, bəzi maliyyə çətinliklərindən sonra Holiday Korporasiyası öz əyarı olan Holiday İnn Korpoyasiyasını satdı və Hampton İnn, Embassy SuitesHomewood Suites otellərinin də daxil olduğu Promus Otel Korporasiyası holdinq şirkətinin fəaliyyətinə başladı. Bu dəyişiklik ilə Promus Hampton İnn brendinə yenidən sərmaye yatırdı və beləcə Hampton İnn büdcə oteli olmaqdan orta-bazar otelinə çevrildi və özünün az öncə satılan otel brendi ilə rəqabət aparmağa başladı. Otel zənciri orta qiymətli otel brendləri içərisində pulsuz kontinental səhər yeməyi təqdim edən[4] və “100 %-li müştəri məmnuniyyəti qarantiyalı” xidmət göstərən ilk otel brendlərindəndir.[5] 1990-cı illərdə, Hampton İnn 220 otel mülkiyyətinə 27 000 otaq nömrəsinə sahib idi.[6] Hampton İnn  və Suitlər 1995-ci ildə təqdim olundu və onlar qonaq otağı və mətbəx sahəsinə sahib olan 2 otaqlı suit üslubunda otel otaqlarını təklif edirdi.[4]

1999-cu ildə, Hilton Otelllər Şəbəkəsi Promus Otel Korporasiyasını 3.7 milyard dollar məğləbinin qarşılığında satın alır. 2004-cü ildə, 100 milyon dollar “Make it Hampton” təşəbbüsü altında[7] Hampton öz otel istehsalını yeniləndirdi və beləcə buraya asan qoşulan zəngli saatların istehsalı mp3 pleyer daxil edildi.[8] Bu yenilənmə zamanı ağ yataq otağı,[9] kontinental səhər yeməyi seçimlərinə isti qidaların daxil edilməsi və otaqlarda pulsuz və sürətli internet xəttinin qoşulması kimi dəyişikliklər əlavə edildi.[7] 2012-ci ildə, “Perfect Mix” təşəbbüsünün altında şirkət daha çox sosial fəaliyyət sahələri əlavə edərək otelin lobbilərini yeniləndirdi. Hampton 2013-cü ildə təqdim etdiyi kampaniya ilə öz fəaliyyət sahəsini daha da artırdı və gənc müştərilərə yönələn otaqlarda mini soyuducular, çarpayı yaxınlığındakı masalarda enerji təchizatı, yeniləndirilmiş hamam otaqları və yeniləndirilmiş otel eksteryerləri ilə zənginləşdirdi.[9] Hampton by Hilton 2010-2015-ci illərdə 500 sahibkarların françayzinqləri arasında ilk 5-likdə yer aldı.[4]

Hampton by Hilton dünya üzrə 17 ölkədə 2000 otel mülkiyyətinə sahibdir. Hampton otel mülkiyyətlərinin böyük əksəriyyəti  ABŞ ərazisində yerləşir və buraya 1900-dən çox otel daxildir. Hilton Hampton otelinin Tennessi ştatının Memfis şəhərində yerləşən Shady Grove brendinə sahibdir və digər 64 Hampton otelini idarə edir.[2] Digər otellər françayzinqlərə məxsusdur və onlar tərəfindən idarə edilir. Brendin ilk beynəlxalq oteli 1993-cü ildə Ontario şəhərinin Niaqara şəlaləsi şəhərində fəaliyyətə başlamışdır. Hampton Amerika qitəsində ABŞ istisna olmaqla digər ərazilərdə 65 otel mülkiyyətinə sahibdir.[2]

2007-ci ilin may ayından başlayaraq otel KanadaLatın Amerikasında yerləşən mülklərini Hampton bu Hilton adı altında idarə etməyə başladı.[10] 2009-cu ildə, Birləşmiş Krallıq ərazisindəki ilk Hampton by Hilton oteli fəaliyyətə başladı və bu Hamptonun Avropa ərazisində olan ilk oteli idi.[11] Brend 2015-ci ildə Hilton Otellər Şəbəkəsi Hampton və Embassy Suites otellərində “by Hilton” ticarət markası olmasını qəbul edənə kimi beynəlxalq olaraq Hampton by Hilton kimi idarə edilməyə davam etdi.[1]

2014-cü ilin oktyabr ayında Hampton by Hilton Çin ərazisində Plateno Otellər Qrupu ilə lisensiya razılaşmasına uyğun olaraq otel açdı. Çindəki 400 Hampton otellərindən ilk 2015-ci ildə fəaliyyətə başlamışdır.[12] Wasl Asset Management qrupu ilə eyni razılaşma Hampton by Hilton otelini Dubaya gətirəcəkdir.[13]

2016-cı il sentyabr ayının 28-də Hampton qərbi Oahuda Havay ərazisində ilk 175 otaq nömrəsinə sahib otelini açdı. Mülk öz az turistik və daha sakit ərazisi ilə turistləri özünə cəlb etdi.[14]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Danny King (May 18, 2015). "Hilton promotes ties to Embassy Suites, Hampton" Arxivləşdirilib 2015-11-20 at the Wayback Machine. Travel Weekly. Retrieved October 5, 2015.
  2. 1 2 3 "Hilton Worldwide Annual Report"[ölü keçid] (PDF). Hilton Worldwide. 2014. Retrieved 5 October 2015.
  3. "Promus Companies, Inc. History" Arxivləşdirilib 2018-09-20 at the Wayback MachineFunding Universe. International Directory of Company Histories. Retrieved 5 October 2015
  4. 1 2 3 "Hampton by Hilton" Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine. Entrepreneur. Retrieved 5 October 2015.
  5. "History of Lodging" Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine. American Hotel and Lodging Association. Retrieved 5 October 2015.
  6. Jakle, John A.; Sculle, Keith A.; Rogers, Jefferson S. (1 April 2002). The Motel in America. JHU Press. ISBN 9780801869181.
  7. 1 2 Michael Milligan (24 February 2004). "Hampton Inn rolls out 'Make it Hampton' plan" Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine. Travel Weekly. Retrieved 5 October 2015.
  8. Jason Daley (12 December 2010). "Why Hampton Hotels Ranks No. 1 on the Franchise 500 List" Arxivləşdirilib 2021-06-24 at the Wayback Machine. Entrepreneur. Retrieved 5 October 2015.
  9. 1 2 Jeff Higley (21 October 2013). "Hampton Targets Younger Guests, Older Hotels" Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine. Hotel News Now. Retrieved 5 October 2015.
  10. "Hampton Quick Facts" Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine. Hilton Worldwide. Retrieved 5 October 2015.
  11. "Hampton opens its first hotel in Europe" Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine. Hotel News. 3 March 2009. Retrieved 5 October 2015.
  12. James Ruggia (18 December 2014). "Hampton by Hilton to Enter China in a Big Way" Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine. Travel Pulse. Retrieved 5 October 2015.
  13. Parinaaz Navdar (22 April 2015). "Hampton by Hilton to Make GCC Debut in Dubai" Arxivləşdirilib 2019-02-20 at the Wayback Machine. Hotelier Middle East. Retrieved 5 October 2015.
  14. Nelson, Shane (4 Nov 2016). "Hawaii's first Hampton Inn offers affordable option in west Oahu" Arxivləşdirilib 2017-07-25 at the Wayback MachineTravel Weekly. Northstar Travel Media, LLC. Retrieved 29 March 2017.