Haniş arxipelaqı

Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi.

Haniş arxipelaqı
ərəb. جزر هانيش
Ümumi məlumatlar
Hündür nöqtəsi 78 m
Yerləşməsi
13°45′00″ şm. e. 42°45′00″ ş. u.
Ölkələr
Akvatoriya
Haniş arxipelaqı xəritədə
Haniş arxipelaqı
Haniş arxipelaqı

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Osmanlı imperiyası dönəmində adalara iddia edilirdi. Ancaq Türkiyə Cumhuriyyəti qurulduqdan sonra iddiadan imtina edilmişdir. Bu zaman türklər adanı tək etmişdirlər. O andan edibarən isə adalar 1941-ci ilə qədər İtaliyanın nəzarətində qalır. Ərazi həmin zaman İtaliya Eriteriyasının ərazisi sayılırdı. 1941-ci ildə Böyük Britaniya Eriteriyanı ələ keçirməklə adalara sahib olur.

1970-ci illərə qədər adalara EfiopiyaYəmən iddia edirdi. Beləki, o zamanlar Eriteriya hələ Efiopiyanın ərazisini təşkil etmişdir. Efiopiyanın adalara iddiası onunla bağlı idiki adalarda xüsusi ilə Zakur adasında Eriteriyanın müstəqilliyinə can atan bir qrup mövcud olmuşdur. Onlar hər an Efiopiya qüvvələrinə gözlənilməz zərbə vura bilərdilər.[1]

1993-cü ildə Eriteriya müstəqilliyini əldə etmişdir. 1995-ci ildə Eriteriya adaları qaytarmağa cəhd göstərmişdir. Bu hadisə Haşım adaları böhranına səbəb olur. Beynəlxalq məhkəməyə çıxarılan məsələyə Abdul-Kərim Aleryani (Dr. Abdul-Karim Aleryani) baxır. 9 oktyabr 1998-ci ildə verilən qərarla ən iri adalarda Yəmənin tam hüquqlu ərazisi elan edilir. Eriteriya isə cənub-qərbdə yerləşın nisbətən kiçik adalara yiyələnir[2].

9 dekabr 2015-ci ildə Səudiyyə koalisiyasına daxil olan qüvvələr böyük strateji əhəmiyyət daşıyan Böyük Haşım adasını (Əl-Haşim-əl-Kabir) ələ keçirirlər. Onların məqsədi Husilərin (şiə) və Yəmənin keçmiş prezidenti Əli Əbdüll Salehin tərəfdarlarını məhv etmək olur. Ada Yəmənin Hodeyda vilayətinə yaxın sahildən bir qədər aralıda yerləşir. Bu arxipelaqs daxil olan ikinci ən böyük ada olduğundan böyük əhəmiyyət daşıyır. Bununla belə arxipelaqa daxil olan ən böyük ada Zukar bu gündə Husilərin nəzarətindədir. Bu ada ilə digər adalar arasında məsafə elə də böyük deyildir. Bu bölgədə döyüşlər hələdə davam etməkdədir. Gözlənilməz hücum Ədən istiqamətindən həyata keçirilmişdir. Üsləlik Perim adası yaxınlığından gəmilər, sənadan isə hərbi hava qüvvələri bunu dəstəkləmişdir[3]. Bu hadisədən öncə Səudiyyə koalisiyasına daxil ordu Babül-Məndəb boğazınıAfrika qitəsinə daxil olan Sokorta adasını ələ keçirmişdir[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Killion, Tom. Historical Dictionary of Eritrea. The Scarecrow Press. 1998. ISBN 0-8108-3437-5.
  2. "International Maritime Boundary". 2006-07-17. 2005-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
  3. "Səudiyyə koalisiyasına daxil qüvvələr Yəmənə məxsus Haşım adasını ələ keçirmişlər". Asiya Biznrd Kolsantinq. 2015-12-10. 2015-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
  4. "СМИ: арабская коалиция установила контроль над островом в Красном море". РИАНОВОСТИ. 2015-12-10. 2015-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.

Mənbə[redaktə | mənbəni redaktə et]