Hannes Halldorsson

Hannes Halldorsson (27 aprel 1984[2][3], Reykyavik) — İslandiyalı kinorejissor,[4] Qarabağ Futbol Klubunda keçmişdə və İslandiya millisində çıxış edən professional qapıçıdır.

Hannes Halldorsson
isl. Hannes Þór Halldórsson
Halldorsson 2018 FİFA Dünya Kubokunda iştirak edərkən
Halldorsson 2018 FİFA Dünya Kubokunda iştirak edərkən
Ümumi məlumatlar
Tam adı Hannes Tor Halldorsson[1]
Doğum tarixi 27 aprel 1984(1984-04-27)[2][3] (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 193[1]
Çəkisi 89 kq
Mövqeyi Qapıçı
Klub haqqında məlumat
Klub İslandiya Valur
Nömrəsi 1
Karyerası
Klub karyerası[* 1]
2002–2004 İslandiya Leyknir Reykyavik 3 (0)
2005 İslandiya Afturelding 18 (0)
2006 İslandiya Styarnan 18 (0)
2007–2010 İslandiya Fram 84 (0)
2011–2013 İslandiya KR Reykyavik 63 (0)
2012 Norveç Brann (icarəyə) 1 (0)
2014–2015 Norveç Sandnes Ulf 45 (0)
2015–2016 Niderland N.E.K 8 (0)
2016 Norveç Bodo Qlimt (icarəyə) 14 (0)
2016–2018 Danimarka Ranners 65 (0)
2018—2019 Azərbaycan Qarabağ 8 (0)
2019— İslandiya Valur 0 (0)
Milli yığma[* 2]
2011–  İslandiya 52 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16:57, 4 iyul 2018 (UTC) tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 4 iyul 2018 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası[redaktə | mənbəni redaktə et]

İslandiyada[redaktə | mənbəni redaktə et]

Hannes İslandiyada Leyknir Reykyavik, Afturelding, Styarnan, FramKR Reykyavik klublarında çıxış edib.

Avropada[redaktə | mənbəni redaktə et]

28 mart 2012-ci ildə Norveç klubu olan Brannın heyətində icarə əsasında qısamüddətli iştirak etdi.

2013-cü ilin dekabrında Hannes Xorvatiya millisi ilə oynanacaq Dünya Kuboku play-off mərhələsinə hazırlaşmaq məqsədilə Sandnes Ulf klubunda çıxış etməyə başladı.[5]

6 iyul 2015-ci ildə Hollandiya klubu N. E. K ictimaiyyətə Hanneslə 2 illik müqavilə imzalandığını elan etdi.[6]

3 iyul 2018-ci ildə Halldorsson Qarabağla iki illik müqavilə imzaladı.[7][8][9][10] "Qarabağ"la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə cəmi 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış 2019-cu ildə Ağdam təmsilçisi ilə yollarını ayırıb. Hannes Halldorsson karyerasını "Valur" klubunda davam etdirəcək. Onunla 2022-ci ilədək müqavilə bağlanılıb. Sözləşməyə əsəsən, Halldorsson klubun aşağı yaş qrupları üzrə komandalarında qapıçılar üzrə məşqçi kimi də fəaliyyət göstərəcək.[11]

Beynəlxalq karyerası[redaktə | mənbəni redaktə et]

Hannes Halldorsson 2018 FİFA Dünya Kubokunda penaltini dəf edir.

Hannes millidə debütünü 2011-ci ildə etdi. Millidə 2014 FİFA Dünya Kubokunun təsnifat mərhələsində gözəl çıxışından sonra komandanın əsas qapıçısı hesab edilməyə başlandı.[12][13][14]

Hannes milliylə ilk böyük turnirinə 2016-cı ildə, UEFA AVRO 2016 çərçivəsində çıxdı. O, Avropa Çempionatında ilk dəfə F qrupundakı Macarıstan millisi ilə oynanılan oyunda iştirak etdi.[15]

2018-ci ilin mayında Hannes İslandiyanın 23 nəfərlik yekun heyətinə seçildi.16 iyun 2018-ci ildə isə Hannes Argentina millisi ilə oyunda Lionel Messinin penaltisini dəf edir.1–1 hesabı ilə yekunlaşan matçda Hannes oyunun adamı seçildi.[16][17]

Karyera statistikası[redaktə | mənbəni redaktə et]

Millidə[redaktə | mənbəni redaktə et]

İslandiya
İl Oyunlar Qollar
2011 1 0
2012 8 0
2013 9 0
2014 7 0
2015 6 0
2016 10 0
2017 7 0
2018 4 0
Toplam 52 0

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Hannes futbol oynamadığı vaxtlar rejissor olaraq müxtəlif işlər görmüşdür. O, İslandiyanın 2012 Avroviziya Mahnı Müsabiqəsində tanıtım videosunu çəkmişdir.[18] Sagafilm şirkəti ona futbolçuluq karyerasını bitirdikdən sonra rejissorluq işi təklif edəcəyi barədə söz verib.[19]

Hannes Coca Cola-nın 2018 FİFA Dünya Kuboku üçün ərsəyə gətirdiyi reklam videosuna rejissorluq etdi.[20]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "2018 FİFA Dünya Kuboku: Oyunçuların siyahısı: İslandiya" (PDF). FIFA. 10 iyun 2018. səh. 13. 2019-12-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2018.
  2. 1 2 Hannes Thór Halldórsson // Transfermarkt (çd.). 2000.
  3. 1 2 Hannes Þór Halldórsson // FBref.com (çd.).
  4. Sharma, Anmol. "Messinin penaltisini dəf edən qapıçı həm də kinorejissordur !". The Guardian. 17 iyun 2018. 2018-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  5. "Hannes samdi viц╟ Sandnes Ulf | Rц V". Ruv.is. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  6. "N.E.K Hannesin transferini təsdiqlədi". Mbl.is. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  7. ""Qarabağ"ımızdan növbəti transfer". qarabagh.com (Azerbaijani). Qarabağ FK. 4 iyul 2018. 4 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2018.
  8. "Xoş gəlmisən Hannes Halldorsson". facebook.com (Azerbaijani). Qarabağ FK. 4 iyul 2018. İstifadə tarixi: 4 iyul 2018.
  9. "HANNES HALLDÓRSSON SOLGT TIL QARABAG FK". randersfc.dk (Danish). Randers FC. 3 iyul 2018. 2018-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2018.
  10. "Hannes Halldorsson à Qarabag". lequipe.fr (French). Lequipe. 3 iyul 2018. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2018.
  11. "Yeni klubu "Qarabağ"dan ayrılan İslandiya yığmasının qapıçısını təqdim edib - VİDEO". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
  12. "Hannes: Stefni á að spila erlendis - Vísir". Visir.is. 20 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2016.
  13. FIFA saytında statistika (ing.)
  14. Soccerway.com saytında profili (ing.)
  15. Chris Burke. "Ice-cool Iceland claim Portugal point". UEFA.com. 14 iyun 2016. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  16. "Halldórsson squashes an atomic flea". FIFA. 16 June 2018. 17 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2018.
  17. "Sat 16 Jun 2018: Dünya Kuboku - D qrupu: Argentina 1 – 1 İslandiya". BBC Sport. 16 iyun 2018. 16 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2018.
  18. "Sjáðu Eurovision-myndband Gretu og Jónsa - DV". Dv.is. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  19. "Fótbolti.net". Fotbolti.net. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
  20. "Nærmynd dagsins: Hannes Þór Halldórsson". RÚV (ingilis). 2018-06-16. 2018-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]