Hans Georq fon Frideburq

Hans Georq fon Frideburq (alm. Hans-Georg von Friedeburg‎; 15 iyul 1895[1][2] və ya 17 may 1895[3], Strasburq[3]23 may 1945[1], Flensburq) — Alman dəniz zabiti, general-admiral (30 yanvar 1945), Faşist Almaniyasının sualtı qayıqları komandanının müavini və Kriqsmarinenin sondan əvvəlki baş komandanı. O, 4 may 1945-ci ildə Lüneburq-Heatda, 7 mayda Reymsdə və 8 may 1945-ci ildə Berlində Almaniyanın təslim olma sənədlərinin imzalanmasında iştirak edən silahlı qüvvələrin yeganə nümayəndəsi idi. Fon Frideburq qısa müddət sonra Flensburq hökumətinin dağılmasından sonra intihar etdi.

Hans Georq fon Frideburq
alm. Hans-Georg von Friedeburg
7 may 1945-ci ildə Reymsdə kapituliyasiya sənədinin imzalanması mərasimi (Soldan sağa: mayor Vilhelm Oxsenius (general-polkovnik Alfred Yodlun adyutantı), Vermaxtın Əməliyyat Qərargahının rəisi general-polkovnik Alfred Yodl (Vermaxt adından təslim olmaq haqqında sənədi imzalayan), Kriqsmarinenin baş komandanı general-admiral Hans Georq fon Frideburq, general-mayor Kennet W.D.Strong (ayaq üstə))
7 may 1945-ci ildə Reymsdə kapituliyasiya sənədinin imzalanması mərasimi (Soldan sağa: mayor Vilhelm Oxsenius (general-polkovnik Alfred Yodlun adyutantı), Vermaxtın Əməliyyat Qərargahının rəisi general-polkovnik Alfred Yodl (Vermaxt adından təslim olmaq haqqında sənədi imzalayan), Kriqsmarinenin baş komandanı general-admiral Hans Georq fon Frideburq, general-mayor Kennet W.D.Strong (ayaq üstə))
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1895(1895-07-15)[1][2] və ya 17 may 1895(1895-05-17)[3]
Doğum yeri
Vəfat tarixi 23 may 1945(1945-05-23)[1] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sianiddən zəhərlənmə[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Almaniya İmperatorluq Donanması, Kriqsmarine[3]
Xidmət illəri 1914-cü ildən
Döyüşlər
Təltifləri I dərəcəli Dəmir xaç ordeni II dərəcəli Dəmir xaç ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans Georq fon Frideburq Almaniyanın Elzas-Lotaringiya əyalətinin Strasburq şəhərində Prussiya ordusu abiti Karl fon Frideburqun (1862–1924) ailəsində anadan olub.

23 dekabr 1914-cü ildə Fenrix rütbəsi ilə Almaniya imperiyası Hərbi Dəniz Qüvvələrinə xidmətə daxil olur.

Birinci Dünya müharibəsi iştirakçısı olub. 20 dekabr 1914-cü ildən Kronprins döyüş gəmisində xidmət edib. 1916-cı il iyulun 13-də ona leytenant rütbəsi verilir. 4 dekabr 1917-ci ildə sualtı donanmaya xidmətə keçib. 1918-ci il iyunun 20-dən noyabrın 27-dək U-114 sualtı gəmisində gözətçi vəzifəsində çalışıb. Hərbi fərqlənməyə görə 1-ci və 2-ci dərəcəli Dəmir Xaç ordenləri ilə təltif edilib.

Fon Frideburq (sağda) və mayor Vilhelm Oksenius (solda) general-polkovnik Alfred Yodl tərəfindən təslim sənədinin imzalanmasını izləyir.

Hans Georq fon Frideburq 28 noyabr 1918-ci ildən sualtı donanma təftiş xidmətində, 1918-ci il dekabrın 16-dan "Reqensburq" yüngül kreyserində, 1919-cu il oktyabrın 16-dan "Köniqsberq" kreyserində növbətçi zabit olub.

1920-ci il iyunun 1-dən "Nordsi" dəniz personalı diviziyasının adyutantı, 7 sentyabr 1920-ci ildən — "Hamburq" kreyserində xidmət aparıb. 1922-ci ilin fevralından sahil mühafizə bölmələrində xidmət edib. 21 dekabr 1924 – 1 aprel 1925 və 30 may 1925 – 30 iyun 1927 müddətində "Hamburq" kreyserində saat və torpedo zabiti, 1925-ci ildə torpedo məktəbinin təlimatçısı vəzifələrində çalışıb. 23 aprel 1929-cu ildən 1-ci Hərbi Dairə (Şərqi Prussiya) komandiri yanında dəniz əlaqə zabiti kimi xidmət edib.

Fon Frideburq 1932-ci il iyunun 16-dan Kurt fon Şleyxerin rəhbərliyi altında referent kimi fəaliyyət göstərib. 1 fevral 1933-cü ildə Erix Rederin adyutantı olub, aprelin 1-də isə 3-cü dərəcəli kapitan rütbəsinə yüksəlib. 1934-cü ildən — donanma komandanlığının qərargahında xidmətə başlayıb, sonra hərbi nazir Verner fon Blomberqin dəniz qüvvələri üzrə adyutantı olub. Georq fon Frideburq 30 sentyabr 1936-cı ildən "Karlsrue" yüngül kreyserində 1-ci zabit kimi xidmət edib.

Hans Georq 1938-ci il martın 17-dən İspaniyada Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı yanında admiral qərargahının zabiti olub. 2 noyabr 1938-ci ildən Şimal dənizi mühafizəsi komandanının qərargahında admiral qərargahının zabiti kimi xidmət edib. 1939-cu il fevralın 6-da sualtı donanma komandanlığı olan Oberkommando der Marinenin tabeliyinə daxil olub. Karl Dönitsin ən yaxın silahdaşı sayılıb. Hans Georq fon Frideburq 1939-cu il iyunun 6-dan iyulun 8-dək U-27 sualtı gəmisinə komandirlik edib.

İkinci Dünya müharibəsi illərində

[redaktə | mənbəni redaktə et]

Fon Frideburq 25 sentyabr 1939-cu ildən sualtı donanma komandanı qərargahının təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. 12 sentyabr 1941-ci ildən o, sualtı donanmanın 2-ci komandanı təyin olunub. Karl Dönits Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı təyin edildikdən sonra fon Frideburq 30 yanvar 1943-cü ildə "U-Bahn" gəmisinin admiral komandiri təyin edilib. Qeyd edək ki, Dönitz yeni vəzifəsi ilə yanaşı, sualtı donanmanın komandanı vəzifəsini də özündə saxlamışdır. Lakin reallıqda Almaniyanın sualtı qüvvələrinin bütün rəhbərliyi Hans Georq fon Frideburqun əlində cəmləşmişdi. Xidmət illərində Hans Georq Karl Dönitsin qeyd-şərtsiz etibarını və dəstəyini alırdı.

Hans Georq fon Frideburq 17 yanvar 1945-ci ildə hərbi xidmətlərinə görə qılınclı Cəngavər Xaçı ilə təltif edildi.

Dönits Almaniyanın Reyx prezidenti təyin edildikdən sonra Frideburq 1945-ci il mayın 1-dən Almaniya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı vəzifəsini icra etməyə başladı. O, 4 may 1945-ci ildə Almaniyanın şimalında Vermaxtın qismən təslim olması haqqında aktı imzaladı. 7 may 1945-ci ildə Reymsdə general Alfred Yodl ilə birlikdə Almaniyanın qeyd-şərtsiz təslim olması Aktına imza atdı. 8 may 1945-ci ildə 7 may təslimini tanımayan sovet komandanlığının tələbi ilə Feldmarşal Vilhelm Keytel və Hərbi Hava Qüvvələrinin general-polkovniki Hans-Yurgen Ştumpf ilə birlikdə Karlşorstda Almaniyanın qeyd-şərtsiz təslim olması haqqında Aktı imzaladı.[4] Sonra Mürvikdəki dəniz məktəbində Karl Dönits qurduğu Flensburq hökumətinin qərargahına qayıtdı. Flensburq hökuməti həbs olunmazdan əvvəl o, intihar etdi. Onun cəsədi Flensburq yaxınlığındakı Adelbi qəbiristanlığında dəfn edildi.[5]

Hans Georq fon Frideburqun məzarı üzərindəki abidə
  • "Dəmir xaç" ordeni (1914-cü il) 1-ci və 2-ci dərəcə;
  • Çerinqen Aslanı ordeni, Cəngavər xaçlı qılınc ilə, 2-ci dərəcə;
  • Müqəddəs İoan ordeni;
  • Birinci Dünya müharibəsi (1914/1918) Şərəf Xaçı, qılınclarla;
  • "Vermaxtda uzunmüddətli xidmətə görə" medalı;
  • Qılınclarla gümüşdə İspan xaçı;
  • 2-ci və 1-ci dərəcəli Dəmir Xaç üçün kəmər;
  • Qılınclarla 2-ci və 1-ci dərəcəli Hərbi Xidmət Xaçı;
  • Gümüş alman xaçı (06/06/1942);[6]
  • Döyüş ləyaqət xaçı qılınclarla (17.01.1945).
  1. 1 2 3 4 Hans Georg Friedeburg // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Hans Georg von Friedeburg // Munzinger Personen (alm.).
  3. 1 2 3 4 5 6 7 Busch R., Röll H. Der U-Boot-Krieg, 1939-1945 (alm.): Die deutschen U-Boot-Kommandanten. 1996. Vol. 1. S. 72. 344 s. ISBN 3-8132-0490-1
  4. "королевские тигры в берлине, 1945. schwere SS-Panzer-Abteilung 503". www.vn-parabellum.com. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  5. Borgert, p. 331
  6. Patzwall & Scherzer 2001, p. 541.
  • Heinz-Ludger Borgert. Generaladmiral Hans-Georg von Friedeburg. Hitlers militärische Elite. Vom Kriegsbeginn bis zum Weltkriegsende. Darmstadt: Primus Verlag. 1998. 55–62. ISBN 3-89678-089-1. (alm.)
  • Busch, Rainer; Röll, Hans-Joachim. German U-boat commanders of World War II : a biographical dictionary. Brooks, Geoffrey tərəfindən tərcümə olunub. London, Annapolis, Md: Greenhill Books, Naval Institute Press. 1999. ISBN 1-55750-186-6.
  • Borgert, Heinz-Ludwig (1998): Generaladmiral Hans-Georg von Friedeburg. en:Gerd R. Ueberschär (ed.): Hitlers militärische Elite. 68 Lebensläufe. Frankfurt am Main: Primus Verlag, 2011 (second edition). ISBN 978-3-534-23980-1
  • Patzwall, Klaus D.; Scherzer, Veit. Das Deutsche Kreuz 1941 – 1945 Geschichte und Inhaber Band II [The German Cross 1941 – 1945 History and Recipients Volume 2] (German). Norderstedt, Germany: Verlag Klaus D. Patzwall. 2001. ISBN 978-3-931533-45-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]