Haridi

        

Haridi (ivr.יהדות חֲרֵדִית‏‎) və (ərəb. حريدية‎) — və ya ultra-pravoslav yəhudilik, modernizmdən fərqli olaraq, ənənələrə və Halaxa əmrlərə ciddi riayət etməsi ilə tanınan pravoslav yəhudilik təriqəti daxilində yəhudiliyin bir cərəyanıdır. Onun üzvləri tez-tez ultra-pravoslav adlanır, lakin "ultra-pravoslav" termini bir çox tərəfdarları tərəfindən aşağılayıcı hesab olunsa da Haridi yəhudiləri özlərini ən dindar və həqiqi yəhudi qrupu hesab edirlər, baxmayaraq ki, bu, digər yəhudilər tərəfindən münaqişəli hesab edilir.

Haridi uşaqları məktəbdə əsasən Tövrat və Təlmud oxuyurlar. Oğlanlar yetkinlik çağında və hətta ömürlərinin sonuna qədər vaxtlarının çoxunu bu dini mətnləri öyrənməyə sərf etməlidirlər.