Harold Eduard Holt (ing. Harold Edward Holt, 5 avqust 1908[1][2][…] – 19 dekabr 1967[3]) — Avstraliyalı siyasətçi, ölkənin on yeddinci baş naziri. O dövrdə Liberal Partiyanın lideri.
Harold Eduard Holt | |
---|---|
ing. Harold Edward Holt | |
Vəzifədədir | |
26 yanvar 1966 - 17 dekabr 1967-ci ildən | |
Əvvəlki | Robert Menzis |
Sonrakı | Con Makyuz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 avqust 1908[1][2][…] |
Vəfat tarixi | 19 dekabr 1967[3] (59 yaşında) |
Vəfat səbəbi | güm. boğulma |
Partiya | Liberal Partiyası |
Təhsili | Melburn Universiteti |
İxtisası | hüquqşünas |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Zara Beyt |
Uşağı | 3 |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Harold Holt 1908-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında anadan olub. Orta təhsil aldıqdan sonra Melburn Universitetində oxuyub. Hüquq fakültəsində təhsil alan Harold Holt gənc yaşlarından siyasətə böyük maraq göstərib.Eyni zamanda kollec komandasında futbol, kriket və tennis oynayıb. 1930-cu ildə təhsilini başa vuraraq 1931-ci ildə gildiyanın üzvü olub. Vəkil olaraq çalışmış, Kinematoqrafçılar Sərgilər Birliyinin katibi olmuşdur.
Məktəb müəllimləri olan valideynləri onu gələcəkdə pedaqoq görmək istəsələr də, Holt onların istəyini həyata keçirməyib, öz gələcəyini özü müəyyənləşdirib, siyasət yolunu seçib.
1940-cı ildə, siyasi karyerasına başladıqdan sonra Holt Avstraliya Ordusuna yazılıb (İkinci Dünya müharibəsi davam edirdi), lakin beş aylıq xidmətindən sonra parlament fəaliyyətinə qayıdıb. 1946-cı ildə Holt əvvəlki evliliyindən üç övladını övladlığa götürərək Zara Fell ilə evlənib.
1934-cü ildə Holt Avstraliyanın Yarra Dairəsindən Parlamentinə namizəd oldu, lakin keçmiş Baş nazir Jeymes Skullin rəqibi olduğundan ona məğlub olub. Lakin Harold Holt 27 yaşında Avstraliya parlamentinin üzvü seçilə bilib. O, 1935-1966-cı illərdə Fakner (1935-1949) və Higgins (1949-1966) dairələrindən Avstraliya Birləşmiş Partiyasını Avstraliya Parlamentində təmsil edib. O, 30 il müddətində o, deputat mandatını saxlamağa müvvəfəq olub.
30 yaşında nazir kürsüsünə sahib olan Holt hökümətin bir neçə qurumuna, Əmək nazirliyinə, Miqrasiya xidmətinə (1949-1956), Elmi-sənaye nazirliyinə başçılıq edib. 1958-ci ildə ölkənin baş xəzinadarı olub. 1966-cı ildə isə o, parlamentdə böyük səs çoxluğu qazanaraq Avstraliyanın baş naziri vəzifəsinə seçilib.
Harold Holt avstraliyalıların yaddaşında fərqli bir siyasətçi kimi qalıb. O, baş nazir seçildikdən sonra bütün mühafizəsini ləğv edib, bina ehtiyac olmadığını bildirib. Holt hökumət başçısı olduğu 20 ay müddətində Avstraliya yeni milli valyutaya keçib, yeni konstitusiya yazılıb. Həmən ilin fevralın 14-də Holt yeni bir valyuta - dollar və sentin təqdimatını etmişdi.
Hökumət başçısı kimi onun ilk səfərlərindən biri ABŞ-a olub. Harold Holt Vyetnam məsələsində Amerikanın mövqeyini dəstəkləyib və Avstraliyanın 6 min nəfərdən artıq hərbi kontingenti Vyetnama müharibəyə göndərilib.
1967-ci ildə, Holtun təklifi ilə avstraliyalılar, yerli aborigenlərə hüquqlar verərək konstitusiyaya dəyişiklik üçün səs vermişdilər.
Holdun şəxsi həyatı maraqlı olub. Təbiət vurğunu olan Holtun əsas şakəri sualtı ov olub. O, vaxtının məhdud olmasına baxmayaraq, bu hobbisinə xeyl vaxt ayırırmış. Baş nazir özünü peşəkar üzgüçü sayıb və suyun altında qalmaq rekorduna imza atmaq fikrinə də düşüb.
Kifayət qədər enerjili olan Holt bəzən sutka ərzində 15-16 saat işləyib. Müsairlərinin söylədiklərinə görə, ağır iş saatlarından sonra Holt heç vaxt yorğun görünmürmüş.
1967-ci ilin dekabrın 16-da, həftənin şənbə günündə Harold Holt istirahət üçün hərbi təyyarə ilə Viktoriya ştatına uçub. Həyat yoldaşı isə paytaxt Kanberrada qalıb. Holt şənbə gününü Melburnda keçirib. Səhərisi gün, dekabrın 17-də o, Melburndakı evinin yaxınlığındakı köşkə düşüb, bir neçə qəzet alaraq geri qayıdıb. Saat 11 radələrində baş nazir istirahət etmək üçün okean sahilərində yerləşən Portsiyə getməyə hazırlıq görüb. O, bu səfərə dörd dostu ilə, Mardceri Gillespi, onun qızı və bu ailənin yaxını olan daha iki qadınla çıxıb.
Yolüstü Holt özü idarə etdiyi avtomobili Çevoit çimərliyində saxlayıb, okenda üzmək istədiyini bildirib. Dekabr ayı olmasına baxmayaraq, hava şəraiti okena girməyə imkan verib. Baş nazir qadınların qarşısında “məharət”ini göstərmək üçün okenanın dərinliklərinə üz tutub və bir daha geri qayıtmayıb. Yarım saata yaxın vaxt keçdikdən sonra baş nazirin dostları onun geri qayıtmadığından narahat olublar və yaxınlıqda olan polislərə müraciət ediblər. Bir saatdan sonra Viktoriya ştatından 350 nəfərə yaxın xilasedici Holtun axtarışına cəlb olunub. Səhərisi gün isə Avstraliya paytaxtından mütəxəssislər Çevoit sahillərində axtarışa başlayıblar. Beş günlük axtarışlar heç bir nəticə verməyib. Peşəkar xilasedicilər axtarışların mənasız olduğunu bildirində Avstraliya məhkəməsi Holtun meyidi tapılmadan onun olməsi haqqında qərar çıxarıb.
Dekabrın 17-də Harold Holtun “dəfn” mərasimi keçirilib. Mərasimdə bir sıra xarici dövlətlərin liderləri də iştirak edib. Minlərlə avstaraliyalı mərasim keçirilən meydana üz tutublar.
Harold Holtun yoxa çıxması təkcə Avstraliyada deyil, dünyada bir çox versiyaların səsləndirilməsinə səbəb olub. Versiyaların birinə görə, baş nazirin aradan götürülməsi ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin işi olduğu bildirilib. Belə ki, guya Holt öz hərbi kantingentini Vyetnamdan geri çağırmaq istəyib.
Başqa bir versiyada Holtun intihar etməsi fikri bildirilib. Baş nazir ailəsində yaranacaq qalmaqaldan qurtulmaq üçün intihar yolunu seçib. Son vaxtlar onun tələbə yoldaşı və çimərlikdə onunla birgə olan Mardceri Gillespi ilə münasibətləri mətbuata da yol açdığından Holt öz siyasi imicinin ləkələnəcəyindən qorxduğundan bu yolu seçib.[4][5] Daha bir versiyada SSRİ xüsusi xidmət orqanlarının adı hallanıb. Digər versiyalarda Holtun akulalara yem olması, qəfil ürək tutması, okeanın sürətli axar hissəsinə düşməsi və s. kimi fikirlər səslənib.
Bütün bu çoxsaylı və fərqli versiyaların arasında isə Avstraliyanın 17-ci baş naziri, 59 yaşlı Harold Holtun yoxa çıxmasının əsl səbəbi hələ də məlum deyil.