Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994[1], Redditç[d], Vusterşir[d]) — İngiltərə müğənnisi. Harri dünyaca məşhur oğlan qrupu “One Direction”ın üzvlərindən biri olmuşdur.
Harri Stayls | |
---|---|
ing. Harry Styles | |
Ümumi məlumatlar | |
Doğum adı | Harry Edward Styles[8] |
Doğum tarixi | 1 fevral 1994[1] (30 yaş) |
Doğum yeri |
|
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], aktyor, kino aktyoru, gitaraçı, müğənni-mahnı yazarı, humanist, aktivist |
Fəaliyyət illəri | 2010-cu ildən |
Janrlar | soft-rok[d], pop musiqisi, rok, Britpop[d], xalq mahnısı |
Musiqi alətləri | gitara |
Səs tembri | bariton |
Albom şirkətləri | Columbia Records[7] |
Üzvlüyü |
|
hstyles.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Harri Stayls 2017-ci ildə qrupdakı fəaliyyətinə fasilə verməsindən bir il sonra öz adını daşıyan debüt studiya albomunu buraxaraq solo karyerasına başlamışdır. “Harry Styles” adlanan bu albom Birləşmiş Krallıqda və ABŞ-də həmin ilin ən çox satılan albomları sırasına düşmüşdür. Albomdan sinql kimi buraxılan “Sign of the Times” mahnısı Britaniyada yayım rekordları qırmışdır. Harri Stayls “Fine Line” adlı ikinci studiya albomunu 2019-cu ildə təqdim etmişdir. Bu albom ilk həftəsində yüksək miqdarda sataraq kommersiya baxımından uğurlu olmuşdur. Rolling Stone qəzeti 2020-ci ildə tərtib etdiyi “Bütün zamanların ən yaxşı 500 albomu” siyahısında Harrinin bu albomuna da yer ayırıb. İfaçının 2022-ci ildə işıq üzü görən üçüncü albomu “Harry's House” tənqidi rəğbətlə qarşılanıb. Billboard jurnalının verdiyi xəbərə görə Harrinin albomdan sinql kimi buraxdığı “As It Was” mahnısı 2023-cü ilin ən hit mahnısı olub. Həmin il “İlin albomuna görə” təqdim edilən Qremmi mükafatı da məhz Harri Staylsa nəsib olub.
Harri Stayls karyerası boyunca çox sayda mükafatla təltif edilmişdir. Onun aldığı mükafatlara daxildir: altı Brit mükafatı, üç Qremmi mükafatı, bir Ayvor Novello mükafatı və üç Amerikan Musiqi Mükafatı. Müğənni musiqi və aktyorluq karyerasından əlavə, cəsarətli və dəbli geyim seçimləri ilə də məşhurdur. O, təkbaşına “Vogue” jurnalının üz qabığında yer alan ilk kişi sənətçi olub.
Harri Edvard Stayls 1 fevral 1994-cü ildə İngiltərənin Vusterşir ştatının Reddiç[9] şəhərində anadan olmuşdur. Anası çayxana sahibəsi Anne Twist, atası isə maliyyə işçisi Desmond "Des" Stiles-dir. Harri kiçik yaşlarında valideynləri və böyük bacısı Qemma ilə birlikdə Çeşirdəki[10] Holms Şapel kəndinə köçüb. Harrinin valideynləri onun yeddi yaşı olanda ayrılıblar. İlk evliliyindən sonra anası iş ortağı Con Koks adlı şəxs ilə ailə həyatı qurub və daha sonra boşanıb. 2013-cü ildə Harri Staylsın anası Robin Tvist adlı şəxslə kəbin kəsib. Bu evlilik nəticəsində Harri Mayk adlı ögey qardaş və Emi adlı ögey bacı qazanıb. Ögey atası 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.
Harrinin təbirincə desək, onun uşaqlığı çox gözəl keçib və valideynləri daim onun qayğısına qalıb. [11] Balaca vaxtlarında babasının ona hədiyyə etdiyi karaoke cihazı ilə tanınmış sənətçilərin kover mahnılarını oxumağı xoşlayırdı. Onun cihazda yazdığı ilk mahnı Elvis Preslinin “The Girl of My Best Friend” mahnısı olub. Harri məktəbdə oxuyarkən “White Eskimo” adlı musiqi qrupuna üzv idi. Onun qrupu məktəbdə təşkil olunan “Battle of the Bands” (azərb. Qrupların münaqişəsi) adlı müsabiqənin qalibi olmuşdur.[12] Harri 16 yaşında olarkən yerli çörəkxanaların birində ara-sıra işləyib əlavə pul qazanırdı.