Hartmannellidae

Hartmannellidae (lat. - Hartmannellidae) — ibtidailərin amöbozoylar tipinin fəsiləsidir. Vezikulyar nüvəli bütün limaks amöblərini əhatə edir.[1]

Hartmannellidae
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hartmannellidae
Beynəlxalq elmi adı
  • Hartmannellidae
Hartmannella
Saccamoeba
Cachia
Gleseria
Rhizamoeba

Azərbaycanda yalnız Hartmannella cinsinin nümayəndələri tapılmışdır. Cinsə cəmi 30 növ daxildir. Son illərdə cinsin təftişi aparılmışdır. Cinsin nümayəndələri ABŞ, İngiltərə, Fransa, AFR, Rumıniya, eləcə də Rusiya, Litva, Orta Asiya, ZaqafqaziyaUkraynanın şirinsu hövzələrində və torpaqlarında tapılmışdır.

Azərbaycanda 5 növü aşkar edilmişdir (Əmiraslanova, 1967; İbadov, 1981, 1985): H. Aquarum Jollas – Şirvan düzünün boz torpaqlarında və Lənkəran təbii vilayətinin sarı torpaqlarında; H.horticolla Lepsi – Şirvan düzünün boz torpaqlarında, Lənkəran təbii vilayətinin sarı torpaqlarında və Dağlıq Qarabağın şabalıdı torpaqlarında; H.hyalina Lepsi, H.lamellipodia Glaeser – Dağlıq Qarabağın şabalıdı torpaqlarında; H. Rhisodes Singh – Lənkəran təbii vilayətinin sarı torpaqlarında və Dağlıq Qarabağın şabalıdı torpaqlarında.[2]

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  2. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.